Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Safa Holdinq” və rəhbəri: qatil övlad, zay məhsul və vergidən yayınma

 

Son vaxtlar Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər və MMC-lərlə bağlı ilginc faktlar ortaya çıxır.

 

Xeberinfo.com:   Bu sırada “Safa Holdinq” də özünü mənfi mənada tanıdıb. Bildirək ki, media üzərindən apardığımız araşdırmalar zamanı bu qurum və onun rəhbəri haqda maraqlı məlumatlara rast gəldik. Məsələn, apardığımız araşdırma zamanı belə bir maraqlı məlumat əldə etdik: “Əksər varlı şəxslər kimi “Safa Holdinq”in rəhbəri Faiq Seyidov oğlu, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsi Xaliq Seyidov da kübar həyat tərzi keçirməyi xoşlayır. Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb. Məsələn, iş adamının oğlunun sərəncamında 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL”, 10-OF-090 dövlət nömrə nişanlı “Range Rover” və digər avtomobillər var”. Bizim MMC rəhbərinin, yaxud onun övladının sürdüyü maşınlarda, yaşadığı milyonluq villalarda gözümüz yoxdur. Bir vətəndaş və media orqanı olaraq bizi narahat edən ADİU tələbəsinin törətdiyi cinayət hadisəsidir. Hansı ki, bu hadisə barədə mətbuatda məlumatlar getmişdi. Buna baxmayaraq, aidiyyəti olan hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin oğlunun barəsində heç bir ölçü götürmədilər. Bir daha xatırladaq ki, Xaliq Seyidov bir xeyli bundan öncə paytaxtın Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Deyilənə görə, Xaliq Seyidov heç nə olmayıbmış kimi hərəkət edib və hadisə yerindən qaçıb. Baş vermiş yol-nəqliyyat hadisəsinin üstündən xeyli müddət keçsə də, şirkət rəhbərinin oğlu məsuliyyətə cəlb olunmayıb…” Məlumat üçün qeyd edək ki, adıçəkilən şirkət 2004-cü ildə fəaliyyətə başlayıb. “Xaliq Faiq oğlu” adı ilə sərnişindaşıma sahəsində fəaliyyətə başlayan şirkət 2013-cü ildən fəaliyyət sahələrini genişləndirərək “SAFA Holdinq” brendi altında fəaliyyətini davam etdirməkdədir. Şirkət sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq, istirahət mərkəzi, maliyyə-kredit sahələrində xidmət göstərir. Araşdırmalar nəticəsində məlum oldu ki, Binəqədi rayonu Mir Cəlal küçəsi 23 a ünvanında yerləşən ” SAFA Plaza” inşa edilərkən tikinti sahəsindəki mövcud standartlara əməl edilməyib və piyadaların hərəkəti üçün nəzərdə tutulan səki zəbt edilib: “Buna baxmayaraq, biznesmen plazanı tikib başa çatdıra bilib. Bir müddət əvvəl istifadəyə verilmiş plazada SPA və estetik mərkəz, fitnes zal, restoran da xidmət göstərir. Ən maraqlı məqam ” SAFA Plaza”nın illik rüblərdə dövlətə nə qədər vergi ödəməsidir. Burda fəaliyyət göstərən şirkətlər hər ay holdinqin rəhbərinə icarə haqqı verirlər. Bundan başqa, restorandan, fitnes zalından, masaj salonundan, hamamdan ay ərzində böyük miqdarda vəsait əldə olunur. Amma vergi ilə bağlı olan məsələlər bir qədər şübhəlidir. Deyilənə görə, şirkət rəhbəri həm tabeliyindəki işçilərin sayını vergi hesabatlarında az göstərir, həm də müəyyən əlaqələrini işə salmaqla vergidən yayınmağı bacarır. Vergidən yayındırılan vəsaitlərin isə milyonlara bərabər olduğu deyilir”. Məlum olduğu kimi, Faiq Seyidovun rəhbərlik etdiyi “Xaliq Faiq oğlu” MMC xeyli müddətdir ki, paytaxtın sərnişindaşıma nəqliyyatının böyük hissəsinə nəzarət edir. Qeyd edək ki, “Safa Holdinq”in maliyyə özəyi də məhz bu gün paytaxtın sərnişindaşıma sektorunda inhisarçı mövqe tutan və özündə 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı marşrutları cəmləşdirən “Xaliq Faiq oğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin olunmuşdur. Bununla bağlı əldə etdiyimiz məlumatlara əsasən iş adamına məxsus avtobus xətlərində çalışan sürücülərin yetərli hissəsinin əmək kitabçası və əmək müqaviləsi yoxdur: “Üstəlik, bəzi sürücülər gündəlik həkim müayinəsindən keçmirlər. Həkim yoxlanışından keçmədən işə başlayırlar. Əgər sükan arxasında onların hansısa birinin səhhətində problem yaransa, onlarla sərnişinin həyatı təhlükə altına düşə bilər. Digər tərəfdən, “Xaliq Faiq oğlu”na məxsus avtobusları idarə edən sürücülərin bir çoxunun sürücülük vəsiqəsi yoxdur, həmçinin onlar vətəndaşlara qarşı kobud münasibət göstərirlər. Yaxud sükan arxasında olan vaxt siqaret çəkir, yemək yeyir və telefonla danışırlar. Halbuki, sürücülər sükan arxasında bu hərəkətlərin heç birini edə bilməzlər”. “Safa Holdinq”lə bağlı mediada yer alan qalmaqallardan biri də zay məhsulların marketin piştaxtasına yol tapmasıdır. Sən demə, bunun özü də “Safa Store” supermarketində geninə-boluna tətbiq olunan bir təcrübədir. Belə ki, media üzərindən apardığımız araşdırmalarda bir neçə belə faktın mətbuata yol tapmasına rast gəldik: “Bu supermarketdə qida məhsullarının yararlılıq müddəti bitdikdə, menecerlər istehsalçıya və ya topdansatış firmasına zəng edir və vəziyyəti bildirirlər (təbii ki, bütün şirkətlərə şamil olunmur). Bundan sonra hər iki tərəfin iştirakı ilə, xüsusi aparat vasitəsilə vaxtı keçmiş məhsulun üzərindəki köhnə tarix yenisi ilə əvəz olunur və məmulat yenicə istehsal edilmiş məhsul kimi satışa çıxarılır. Qiymətdə isə, 10-15 faiz endirim edilir ki, həmin mallar sürətlə satılsın. Əldə edilən pulun yalnız 50 faizi topdansatış şirkətinə və ya istehsalçıya verilir, 50 faizi isə supermarketə qalır. Əgər bunlar hamının gözü qarşısında, supermarketin piştaxtalarında insanlara zay məhsullar sıramaqdan çəkinmirlərsə, bu zaman “Safa Holdinq”in daha bir “brend”i olan “Safa Plaza”nın eyni adlı restoranında, müştərilərin daxil ola bilmədikləri mətbəxdə görəsən hansı oyunlardan çıxırlar?!” Mövzu ilə bağlı araşdırmalarımız davam edir…(Gundelik-baku.com)

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam