Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ABŞ FTB: "kompüterlərin kameralarını örtün, sizi güdürlər"

Xeberinfo.com:   "The İndependent" yazır ki, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) istifadəçilərə, kənar şəxslər tərəfindən güdülməmələri üçün kompüterlərinin kameralarını bağlamağı tövsiyə edib.

Təhlükəsizlik ekspertləri xəbərdarlıq ediblər ki, istifadə edilmədiyi vaxtlarda kameraların açıq qalması hakerlərə bu kameralara daxil olub kompüter sahibini güdmək imkanı verir.

Bu ilin əvvəllərində Facebook-un banisi Mark Zuckerbergi özünün MacBook Pro kompüterinin kamerasını qapayarkən əks etdirən fotolar dərc edilmişdi. Bundan sonra yayılan müxtəlif söz-söhbətlərə FTB rəhbəri Ceyms Comey aydınlıq gətirib.O deyib ki, bu, hər bir ağlı başında olan adamın görməli olduğu tədbirdir.

İnternet kameraları noutbukların və kompüterlərin çox faydalı aləti olsa da, onlar həmçinin istifadəçiləri güdmək istəyən hakerlərin ələ keçirməyə çalışdıqları əsas elementlərdən biridir.

"The İndependent" yazır ki, bundan əvvəl sızmış bəzi informasiyalar vətəndaşların güdülməsi məqsədilə kompüter kameralarından dövlət təhlükəsizlik xidmətlərinin istifadə ediyi barədə şayiələr yaratmışdı.

Comey deyib ki, bütün hökumət işçiləri öz kameralarını örtürlər və hər bir vətəndaş da belə hərəkət etməlidir. FTB rəhbəri bildirib ki, hökumət ofislərində bütün işçilər kiçik kompüter kameralarının örtülməsi üçün xüsusi qapaqlardan istifadə edirlər.

"The İndependent" yazır ki, internet təhlükəsizliyi firması Hide My Ass! adamların kameralarını hakerlərdən qoruyan xüsusi cihazların hazırlanmasına başlayıb. Bu cihazlar kameralara soxulan hakerlərin öz görüntülərini faş edir. Məqalədə deyilir ki, noutbuklar, masaüstü kompüterlər və iPhone-lar üçün belə vasitələr artıq mövcuddur. (BBC) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam