Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Neftçi" dən tarixi rəzalət: Neftçi-Qəbələ 0:8!

'Neftçi' dən tarixi rəzalət..Neftçi-Qəbələ 0:8!

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunun daha bir oyunu keçirilib. 
Xeberinfo.com:  Məlumata görə, turun mərkəzi görüşündə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib. 
Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0. Bu oyunda Baqali Dabo "het-trik", "Qəbələ"nin "Neftçi"dən aldığı Ruslan Qurbanov "dubl" edib. Bununla da "Neftçi" tarixində ən böyük hesablı məğlubiyyətə düçar olub. "Qəbələ" isə tarixinin ən böyük hesablı qələbəsini qazanıb. 
Qeyd edək ki, "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da ot örtüyünün yenilənməsi işləri aparıldığından, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçirilib. Komandaların əvvəlki duellərində "ağ-qaralar" 14, "qırmızı-qaralar" 10 qələbə qazanmışdılar. 8 oyunda isə qalib müəyyənləşməmişdi. "Neftçi" son üç ildə öz meydanında "Qəbələ"yə qalib gələ bilməyib. Bu qələbə sayəsində "Qəbələ" xallarını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Amma komandanın ehtiyatda bir oyunu var. 
"Neftçi" isə 3 xalla 6-cı pillədədir. Azərbaycan Premyer Liqası, IV tur 10 sentyabr 20:00. "Neftçi" – "Qəbələ" - 0:8 Qollar: Baqali Dabo, 5; 16; 59. Vitali Vernidub, 10. Filip Ozobiç, 29. Ruslan Qurbanov, 45; 82. Voyislav Stankoviç, 70 Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Şahin Cəfərov "Əlincə Arena" Qeyd edək ki, tura sentyabrın 11-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam