Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

"GÖRÜN, BAŞIMIZA NƏ OYUN AÇIRLAR"

torpaq-susuzAğdamın Kəlbahüseynli kəndinin sakinləri su tələbi ilə əkin sahələrinə toplaşıblar

Xeberinfo.com:  «’Sərvətpulu’nu (şikayətçi deyir ötən ilədək bu ödəniş «sərvətpulu» adlansa da, hazırda işıqpulu adıyla toplanır) gecikdirdiyimizə görə sahələrimizə gələn suyu kəsiblər. Halbuki, hər birimizdən tələb olunan 250 manatın yarısını ödəmişik. Başa sala bilmirik ki, ilin sonuna hələ 3 ay var, imkan verin, məhsulumuzu yığaq, sataq, pulun qalanını da verək».

Sentyabrın 7-də günorta saatlarından başlayaraq Ağdamın Kəlbahüseynli kəndinin sakinləri əkin sahələrinə toplaşmağa başlayıblar. Onlar sahələrə gələn suyun 4 gündür kəsilməsinə etirazlarını bildiriblər. Rayon icra hakimiyyəti başçısının sahəyə gəlməsini tələb ediblər.

KEÇƏN İL YONCASI YANIB, BU İL SOĞANI MƏHV OLUR

Kənd sakini Yusif Quliyev AzadlıqRadiosu-na bildirib ki, Ağdam rayon artezian quyularının istismarı idarəsinin işçiləri 60 hektar sahəni suvaran artezianın hissələrini 4 gündür ki, qəsdən söküb aparıblar:

«Gəlib dedilər ki, «nə vaxt «sərvətpul»unu tam ödəyərsiz, ondan sonra da sahələriniz su görər». Artezianın hissələrini söküb apardılar. Mənim 72 yaşım var. Keçən il «sərvətpulunu vaxtında çatdırmadığıma» görə əkdiyim yoncalar məhv oldu. İndi də gedib pensiya kartımı qoyub bankdan kreditlə 2 min manat götürmüşəm, soğan əkmişəm. Hər ay pensiyamın 100 manatını kreditə çıxırlar. Soğanı çıxarıb aparıb yığmışam qapıya, imkan versinlər, satım ki, bunlara pul verim. Gəlib artezianın hissələrini söküb aparıblar. Məhsulumuz zay olacaqsa, hansı sərvətimizə görə pul alırlar bizdən, anlamıram».

«GÖRÜN, BAŞIMIZA NƏ OYUN AÇIRLAR»

Kənd sakini Müşfiq Abışov deyir, 2 hektar sahədə 600 kiloqram arpa səpib, ancaq bu gedişlə, çətin məhsul götürə:

«Heç özümüz də bilmirik ki, niyə bizdən 250 manat alırlar. Bildiyimiz qədər, bu «sərvətpulu»nun rəsmi məbləği 80 manatdır. Ancaq bizdən 250 alırlar. Mən arpa səpmişəm, qonşu torpaqdakı taxıl səpib. Ümumilikdə 60 hektar yerdir. Onlarla ailə bu sahəyə göz dikib ki, məhsulunu satıb başını dolandırsın. Görün, başımıza nə oyun açırlar, bu da bir işdir? Gəlib artezianı söküblər ki, «pulun hamısını bu dəqiqə ödəyin». Hazırda elə bir vaxtdır ki, əkin sahələrini susuz qoymaq olmaz. Əkdiyimiz toxumlar çürüyüb gedir».

«O BOYDA SAHƏ SUSUZ QALA BİLMƏZ»

Kəndlilərin deməsinə görə, həmin pulu rayonun su idarəsinə ödəyirlər.

Ağdam rayon artezian quyularının istismarı idarəsindən münasibət öyrənmək mümkün olmasa da, rayon icra hakimiyyətindən «Qaynar xətt»ə növbəti gün məsələni diqqətdə saxlayacaqlarını bildiriblər:

«O boyda sahə susuz qala bilməz. Burada bir anlaşılmazlıq var», – deyən qurum işçisi sentyabrın 8-də idarəylə və kəndlilərlə məsələni aydınlaşdıracaqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam