Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şahmat Olimpiadasının 4-cü turu başa çatıb

Bu gün “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilib.

 

Xeberinfo.com:  Mötəbər turnirin dördüncü günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov “Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının üzvləri ilə söhbət edən Yaqub Eyyubov onlara uğurlar arzulayıb.

Olimpiadanın dördüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Rumıniya millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız əlil şahmatçıların beynəlxalq komandasını (İBCA) 3,5:0,5 hesabı ilə məğlub edib. Üçüncü komandamız isə türkmənistanlı rəqiblərinə uduzub – 0,5:3,5.

Qadınların yarışında isə Azərbaycanın birinci komandası Rumıniya, üçüncü komandası isə Braziliya ilə xalları yarı bölüb – 2:2. “Azərbaycan-2” komandası isə İtaliya yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. (Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam