Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

OPEC hasilatı rekorda həddə çatdırıb

88917947-ee1c-4a04-81c1-3603b505fe75_292

OPEC ölkələrinin gündəlik məcmu neft hasilatı avqust ayında iyul ayı ilə müqayisədə 40 min barel və ya 0,12% artaraq 33,5 mln. barelə çatıb.

Xeberinfo.com:   “Reuters”ə istinadən xəbərə görə, bu, son zamanların rekord hasilat həcmidir.

Agentliyin analitiklər arasında keçirdiyi sorğuya əsasən, Səudiyyə Ərəbistanının yeni hasilat rekordu həyata keçirdiyi ehtimal olunur. Ekspertlər S.Ərəbistanının hasilatı 10,7 mln. barel/günə çatdırdığını, hətta bəziləri hasilatın 10,9 mln. barel/gün olduğunu bildirir. Sorğuya görə, neft hasilatını avqustda artıran ölkələr sırasında İraq, Küveyt, S.Ərəbistanı və BƏƏ də var. İranın hasilatında dəyişiklik olmadığı bildirilir. Nigeriya, Liviya və Venesuelada isə hasilatın azaldığı qeyd olunub. OPEC-in rəsmi hesabatının sentyabrın 12-də açıqlanması gözlənilir. Əgər “Reuters”in sorğusu həqiqətə yaxın olarsa, neft qiymətləri azalma tendensiyası göstərəcək. Qeyd edək ki, S.Ərəbistanı keçən ay da hasilatı rekord həddə çatdırıb.
Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC-in növbədənkənar iclasında hasilatın dondurulması ilə bağlı məsələ müzakirə olunacaq. Ekspertlər İranla S.Ərəbistanı arasındakı fikir ayrılığı səbəbindən görüşdən müsbət nəticə gözləmirlər. Bundan əlavə, OPEC hasilatını yanvar ayı ilə müqayisədə 1 mln. barelə yaxın artırıb. Ekspertlər hətta razılaşma əldə olunacağı təqdirdə, OPEC-in cari hasilat həcminin onsuz da təklifin yüksək olduğu neft bazarına effektinin olmayacağını düşünürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam