Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər”

emeliyyet cerrah«Həkim içkili olduğundan əməliyyatda anamın öd kisəsi əvəzinə mədəsini kəsib götürdü. Adını da qoydu ki, anamda xərçəng varmış. Anam bundan sonra dörd-beş ay yaşadı».

Xeberinfo.com:   Samirə Mirzəyeva Azadlıq Radiosuna belə deyir. Onun sözlərinə görə, martın 31-də Bakıda «NewMed» klinikasında cərrah Boris Zeynalovun apardığı «uğursuz» əməliyyatdan bir neçə ay sonra – avqustun 11-də anası Svetlana Əliyeva vəfat edib.

«ƏMƏLİYYATDA İŞTİRAK EDƏN BİR NƏFƏR DEDİ Kİ…»

Həkimin səhvi haqqında pasiyentin yaxınları necə öyrənib?

«Həkim dedi ki, guya mədəsində şiş olub, mənə xəbərdarlıq etmədən onu kəsib. Amma nə müayinə aparılıb, nə KT (kompüter tomoqrafiyası-red.) aparılıb, nə də MRT (Maqnit Rezonans Tomoqrafiya – red.)… Əməliyyatdan sonra anamın halı gün-gündən pisləşirdi. Əməliyyatda iştirak edən bir nəfər mənə dedi ki, cərrah içkili olduğundan mədəni kəsik-kəsik edib, ona görə də həmin hissəni götürməli oldu. Özündən soruşanda dedi ki, «şiş vardı, amma sizə xəbərdarlıq etmədən kəsib götürdüm»».

Samirə Mirzəyeva bundan sonra klinikaya kənardan həkimlər dəvət edib. Onun sözlərinə görə, həmin mütəxəssislər də həkim səhvini təsdiqləyiblər.

«40 İLİN ŞOFERİ DƏ SƏHV EDİR»

«Cərrah Boris Zeynalov mənə dedi ki, «səhvdir etmişəm, bağışlayın, qırx ilin şoferi də səhv edir». Xəstəyə beş ayda 40 min dollar xərc çəkmişik. O da dedi ki, bunu ödəyəcək. Beş aydır biz gözləyirik. Həkim mənə dedi ki, «xəstənin bütün xərclərini öz öhdəmə götürəcəyəm, hər şeyi özüm həll edəcəyəm». Yalvardı-yaxardı. Dedim ki, «anam rəhmətə getsə, əlimdən qurtara bilməyəcəksən, bütün instansiyalara müraciət edəcəyəm». Anam rəhmətə gedəndən sonra ondan heç nə tələb etmirəm, bircə xahişim var, o, cəzasını alsın. 65 yaşında anamı qara torpağın altına niyə qoydu? Biz bir bacı, bir qardaşı idik. Qardaşım şəhid olub. Bircə anam qalmışdı… Şəhid anasına belə hörmət edirlər?» – Samirə Mirzəyeva sual edir.

«İÇKİLİ OLMAMIŞAM, BÖHTAN ATIRLAR»

Cərrah Boris Zeynalov AzadlıqRadiosuna əməliyyata içkili halda girməsi haqda deyilənləri rədd edib.«Svetlana Əliyeva klinikaya mexaniki sarılıqla gəlmişdi, ödün ağzı tutulmuşdu, bu da qana zəhərlənmə verir. Bu halda həmin xəstə əməliyyat olunmalıdır», – deyir cərrah. O, əməliyyat zamanı mədədə onkoloji problem gördüklərini, buna görə də həmin orqanın rezeksiyası, yəni mədənin bir hissəsinin götürülməsi haqda qərar verildiyini bildirir. Ancaq cərrah bununla bağlı xəstə yaxınlarına məlumat verildiyini, «onların yalvar-yapışından sonra» mədədə cərrahi müdaxilə aparıldığını qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam