Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq?- DOPİNQ QALMAQALI

Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alınacaq.

Xeberinfo.com:   Bu barədə “FloWrestling” məlumat yayıb.

Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.

Bundan əlavə Pekin-2008 Olimpiya Oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova virtualaz.org-a bildirib ki, 2008 və 2012-ci illərdə keçirilən olimpiya yarışlarında iştirak etmiş Azərbaycan güləşçilərinin müsbət doping testi ilə bağlı heç bir rəsmi bildiriş almayıblar: "Buna görə də hələlik heç bir şərh verə bilmərik”.

Xatırladaq ki, 2008-Pekin olimpiadasında yunan-Roma güləşçiləri Rövşən Bayramov və Vitali Rəhimov gümüş, sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov bürünc medal qazanıblar.

2012-ci ildə Londonda isə Azərbaycan güləşçiləri iki qızıl (sərbəst güləş-Toğrul Əsgərov, Şərif Şərifov), iki gümüş (sərbəst güləş-Mariya Stadnik, klassik növ- Bayramov) və üç bürünc (klassik növ-Emin Əhmədov, sərbəst güləş-Yuliya Ratkeviç və Xetaq Qazyumov) medal qazanıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam