Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Son 2 gündə 22 min dəfə yol hərəkəti qaydası pozulub

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

 

Xeberinfo.com:   İdarədən Modern.az-a daxil olan məlumatda bildirilir ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər davam etdirilir.

Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gün ərzində 23-34 avqust tarixlərində 22 mindən çox yol hərəkəti qayda pozuntusu,  o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkar edilib. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində son 2 gün ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam