Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sabiq deputatın oğlu azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Orxan Siyabovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Xeberinfo.com:   Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, O.Siyabovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən şəxsə 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunmaqla ona şərti cəza kəsilib. O.Siyabov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Orxan 1 noyabr 2013-cü il tarixdən 28 iyul 2014-cü il tarixinədək “Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış təmsilçisi vəzifəsində işləyib.

O.Siyabov MMC-nin 15 min 500 manat pulunu mənimsəməkdə təqsirli bilinib, daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. İstintaq və məhkəmə dövründə O.Siyabovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Siyabov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, O.Siyabov Naxçıvan MR Ali Məclisinin sabiq deputatı Telman Siyabovun oğludur. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam