Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hesablama Palatası Azal-da nələri hesablaya bilmir?

Hesablama Palatası bu il fəaliyyətə başlamasının 15 illiyini qeyd edir.

Xeberinfo.com:   Bu illər ərzində dövlət büdcəsinə 100 milyard dollardan çox pul gəldi və getdi. Amma əksər ekpertlər əmindirlər ki, büdcə oğurluqları haqda danışılanlara və yazılanlara rəğmən, qurum ciddi korrupsiya faktlarını aşkara çıxarmaqda aciz olub. Hər halda palatanın öz təşəbbüsü ilə keçirdiyi yoxlamaların nəticəsi olaraq indiyədək kiminsə cinayət məsuliyyətinə cəlb olunması haqda məlumata rast gəlinməyib.

“Gözü qorxudulmuş” auditorlar

Vaxtılə Palatanın auditorlarını dövlət qurumunun qapısından da qovurdular. İlk yarandığı dövrlərdə palatanın ozamankı sədri Namiq Nəsrullayevin onun auditorlarının Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş rəisi Aydın Bəşirov tərəfindən yoxlamaya buraxılmalarına maneələr yaradılmasından gileyləndiyi də yaddaşlardan silinməyib. Görünür, elə o zamandan ali audit qurumunun auditorlarının «gözləri qorxudulub».

Pozuntu var, rəqəm yox

Son günlər Hesablama Palatası (HP) ayrı-ayrı dövlət təşkilatlarında keçirdiyi maliyyə nəzarəti tədbirlərinin yekunları haqda daha intensiv məlumat verir. Amma bu məlumatlarda da aşkara çıxarılan nöqsanlar ümumi şəkildə təqdim olunur. Həmin hesabatlarda korrupsiya yaradan faktlarla bağlı konkret rəqəmlər əksini tapmır.

Məsələn, bu günlərdə «Azərbaycan Hava Yolları» QSC-də 2011-2013-cü illərdə dövlət büdcəsinin gəlirlərinin hesablanması, həmçinin dövlət əmlakından istifadə ilə bağlı Vergilər Nazirliyi ilə birgə yoxlamalar nəticəsində bəzi pozuntular sadalanır, amma bunun maddi tərəflərinin üstündən sükutla keçilir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam