Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“PKK-nın terror aktlarının arxasında FETÖ durur”

8f1125d084b8db450fd1b68e3e7ff4bc

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.

Xeberinfo.com:   “Milliyet” qəzetinə istinadən məlumata görə, bu gün Pakistan Senatının və Milli Məclisinin üzvlərini və İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatı Birliyinin təmsilçilərini qəbul edən Ərdoğan deyib ki, Türkiyə adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.

Türkiyə prezidenti bildirib ki, PKK-nun hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YRG-nin Münbicin İŞİD-dən azad edilməsindən sonra geri çəkiləcəyi ilə bağlı ABŞ-ın üzərinə öhdəlik götürdüyünə işarə edən Ərdoğan öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini izlədiklərini söyləyib: “İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil”.
Türkiyə prezidenti 15 iyuldan sonra 182 terrorçunun zərərsizləşdirildiyini, təhlükəsizlik qüvvələrinin terrorçulara yardım edən 3 min nəfəri saxladığını, 318 nəfərin həbs edildiyini də açıqlayıb: “Millətimiz bütün təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq. Hazırda Suriyanın şimalında YPG hücumları təhdid yaradır. Qərb bizi anlamayıb, anlamır və anlamayacaq. Biz bunun fərqindəyik, dürüst davranmırlar. Biz terrorçularla mübarizə sahəsində hərbi əməliyyatları və hüquqi mübarizəni fasiləsiz davam etdirəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam