Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İSLAMDA TİCARƏT FƏALİYYƏTİ

 

Xeberinfo.com:  (Ardı)

Məlumdur ki , ticarət həddən artıq baş qızışdırır, tacirləri bəzən istənilən yolla böyük gəlir götürməyə sövq edir. Lakin düzgün,vicdanlı,nəfsini boğa bilən tacir mübariz hesab olunur, çünki öz nəfsindən yüksəkdə dayanır, onunqurbanı olmur. Bir gün Allahın Rəsulu ə.s. xütbə oxuyarkən xəbər yayılır ki, Şamdan ərzaq karvanı gəlib və orada olan insanlsrın əksəriyyəti tələsik məscidi tərk edərək gedirlər, bu vaxt Peyğəmbərə ə.s. həmin insanların ünvanına xəbərdaredici vəhy gəlir, bu "əl-Cümuə " surəsinin 11-ci ayəsidir : " Onlar (möminlər) bir alış - veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə ( minbərdə xütbə oxuduğun halda ) qoyub ona tərəf cumdular. ( Ya Peyğəmbər ) de : " Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır ".
       Peyğəmbərin ə.s. ticarət sahəsində fəaliyyət göstərdiyi məlum faktdır.Hətta islam dininin yaranması və yayılması onun əsas hədəfiolsa da, o, heç vaxt ticarət sahəsini unutmamış,onun inkişafına diqqət yetirmişdir. Həmin illərdə yəhudilərin idarə etdiyi Bəni Qaynuqa bazarının əvəzinə məşhur Məkkə bazarını yaratdı və Məkkə dünya əhəmiyyətli din mərkəzi ilə yanaşı, məşhur ticarət mərkəzinə çevrildi. O da məlumdur ki, ilk dörd qızıl xəlifədən,Həzrət Əli s. istisna olmaqla digər üçü, həmçinin bir çox səhabə və ansarlar tacir,zəngin insanlar olmuş, islam uğrunda döyüşən ordunun maliyyə xərclərini ödəmişlər.
       İslam ədalətsizlik, aldatma, istismar, insan mənaviyyatına zidd olan, sağlamlığa zərər gətirən ticarət növlərini haramsayır ki, bunlardan spirtli içkilərin, narkotik vasitələrin, donuz ətinin, oğurluq malların satışışnı göstərmək olar. Maraqlıdır ki, zinət əşyalarının və ipəyin yalnız qadınlara məxsus olanlarının satışı halal sayılır ki, bu barədə gələcəkdə ayrıca danışacağıq....

İslam azad baxara, təlabatdan doğan təklif bazarına üstünlük verir və burada qiymətlərin bazar təlabatına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır. Bir dəfə möminlər Peyğəmbərə ə.s. deyirlər : " Ya Allaın Rəsulu ! Əmr etki qiymətlər sabit olsun ". O, cavab verir :" Həqiqətdə qiymətləri müəyyən və təsbit edən Allahdır. Mən kimin isə hüquqlarınıpozan qərar qəbul edə bilmərəm, buna görə günaha batıb Allahın qarşısında cavab verməli olaram ".
        Bununla yanaşı, Peyğəmbər ə.s. bəzi tacirlərin daha yüksək gəlir əldə etmək məqsədi ilə bazar inhisarçılığı yaratmaq hərəkətlərinə qarşı qəti mübarizə aparır və inhisarçılığı ən böyük günahlardan hesab edirdi. Allahın Rəsulu ə.s. deyir :" Ucuzlaşmadan kədərlənən, bahalaşmadan sevinən tacir bədbəxt və müsibətli olar, bizi aldadan bizdən deyil ". İslam qaydalarına görə, tacir müştəriyə mal barədə tam və düzgün məlumat verməli, onu satarkən naqis olduğunu bilərək malı tərif etməməlidir, bu halda günah ikiqat olur. İslamda mal satarkən Allahın adı ilə and içmək qadağandır, çünki bu Onun böyük adını kiçildir, ona xələl gətirir.
        İslamın ticarətdə diqqət yetirdiyi məqamlardan biri də çəkidir. Quranda deyilir :" Ölçüdə və çəkidə düz olun " ( Ənam, 152 ). İsalam ticarətinin iki əsas şah qanunu var : alış - veriş hər iki tərəfin müştərək razılığı ilə olmalıdır; bir tərəfin xeyiri digər tərfin zərəri hesabına olmamalıdır.
        Böyük Allah insanları bərabər hüquqlu və eyni zamanda bir-birindən asılı yaratmışdır. Elə bir insan yoxdur ki, təkbaşına hər şeyi edə bilsin, başqalarından asılı olmasın. Ticarət məhz bu boşluğu doldurmaq, insanlar arasında əmtəə mübadiləsinə kömək etmək, onların həyati təlabatlarını ödəmək məqsədi güdür.
            H.Hüseynov,
       iqtisadçı, şərqşünas.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam