Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mənzil tikintisində azalma

tikinti-binaYeni binaların tikintisinin azalması nəticəsində mənzil qiymətlərinin qalxa biləcəyi proqnozlaşdırılır

Xeberinfo.com:   Rəsmi rəqəmlər Azərbaycanda mənzil tikintisinə investisiyaların, mənzillərin həm sayı, həm də sahəsinin azaldığını göstərir.

Artıq üçüncü ildir ki, ölkəmizdə istifadəyə verilən yaşayış evlərinin sahəsində azalma tendensiyası müşahidə edilir. 2013-cü ildə 2 milyon 403 milyon kvadratmetr, 2014-cü ildə 2 milyon 197 min kvadratmetr, 2015-ci ildə isə 1 milyon 932 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu ilin 1-ci yarısında da istismara verilən mənzil sahəsi 11,8% azalaraq 767,7 min kvadratmetr təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bütün maliyyə mənbələri hesabına istifadəyə verilmiş mənzillərin sayı da azalmaqdadır. Əgər 2013-cü ildə 21.1 min ədəd mənzil istifadəyə verilmişdirsə, 2015-ci ildə bu rəqəm 16.2 min ədədə düşmüşdür. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar üzrə istifadəyə verilmiş mənzillərin sayı kəskin azalmışdır. 2013-cü ildə dövlət şirkətləri tərəfindən 8.3 min ədəd mənzil istifadəyə verilmişdirsə, 2015-ci ildə bu say 2.4 minə düşüb. Özəl şirkətlər tərəfindən istifadəyə verilən mənzillərin sayı da azalıb. Özəl şirkətlər 2013-cü ildə 14.3 min, 2014-cü ildə isə 13.8 min mənzil istifadəyə verib. Son 2 ildə əhalinin vəsaiti hesabına istifadəyə verilmiş mənzillərin sayı 13.1 min ədəddən 12.1 min ədədə düşüb.

Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1.7 ədəd mənzil düşür. Bu göstərici 2.3 ədəd idi.

Mənzil tikintisinin azalmasının əsas səbəbi bu sahəyə ayrılan vəsaitin azalmasıdır. Bu proses özünü həm dövlət bölməsində, həm özəl, həm də şəxsi bölmədə özünü göstərib. Göründüyü kimi, dövlət vəsaiti hesabına mənzil tikintisində azalma daha böyükdür.

Mənzil tikintisində azalma əsasən şəhər yerlərində müşahidə edilir. 2013-cü ildə şəhər yerlərində 1 milyon 567 min kvadratmetr mənzil tikilmişdisə, 2014-cü ildə 1 milyon 505 min kvadratmetr, 2015-ci ildə 1 milyon 191 min kvadratmetr mənzil tikilib.

HƏR NƏFƏRƏ 12 KV.M YAŞAYIŞ SAHƏSİ DÜŞÜR

Kəmiyyət göstəricilərindən fərqli olaraq keyfiyyət göstəricilərində yaxşılaşma yoxdur. Əhalinin hər nəfərinə düşən ümumi sahə əvvəlki illərdə olduğu kimi 17,8 kvadratmetr, yaşayış sahəsi isə 12 kvadratmetrdir.

Ölkəmizdə mənzil tikintisi hələ də 1990-cı illərin əvvəlindəki iş həcminə çata bilməyib. 1990-cı ilin məlumatına əsasən, bir ildə 34,3 min ədəd, 1991-ci ildə 29 min ədəd, 1992-ci ildə 24,5 min ədəd, 1993-cü ildə 17,1 min ədəd mənzil tikilib. Dörd il ərzində 105 min ədəd mənzil tikilib ki, bu qədər mənzili yalnız son 6 ildə tikmək mümkün olub. 1990-cı ilin əvvəlində əhalinin sayı 7,2 milyon nəfər, indisə 9,7 milyon nəfərdir. Mənzilə tələbatın artması fonunda mənzil tikintisindəki artım buna adekvat deyil.

Böyük potensial təlabatın qarşısında yeni binaların tikintisinin az olması və ya son iqtisadi duğunluq ilə bağlı olaraq təxirə salınması qarşıdakı illərdə mənzil qiymətlərinin qalxa biləcəyinə işarə edir. Böyük ehtimalla qiymətlərdəki durğunluq müvəqqəti xarakter daşıyır, qiymətlər daha da aşağı düşə bilməz. Bazardakı qeyri-müəyyənlik ortadan qalxdıqdan sonra mənzil alışlarının artacağı və qiymətlərin yavaş-yavaş yüksəlməyə başlayacağı gözlənilir.

Mənzil tikintisi rəqəmləri və mövcud qiymətlər bunu deməyə əsas verir ki, bu gün mənzil almaq üçün əsl fürsətdir, qiymətlər dibi görmüş ola bilər. Hazırda yalnız bir neçə tikinti şirkəti ilkin ödənişsiz, illik 10%-lə, 20 il müddətinə ipoteka krediti təklif edir. Bu imkandan faydalanaraq yeni bir mənzilə rahat sahib olmaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam