Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türk admiral çevrilişə cəhddən sonra ABŞ-dan sığınacaq istəyir

Yüksək rütbəli türk hərbçisinin çevrilişə cəhdlə əlaqəsinin olduğu bildirildikdən sonra o, ABŞ-da sığınacaq üçün müraciət edib.

Xeberinfo.com:  Mustafa Uğurlu 15 iyul çevrilişə cəhd zamanı Virginia-dakı NATO bazasında olub.

Türkiyə, ABŞ-da yaşayan din xadimi Fethullah Gülen hərəkatına bağlı olmaqda ittiham edilən təxminən 100 generalı ordu sıralarından uzaqlaşdırıb.

Admiral Uğurlu 22 iyulda, çevriliş cəhdindən bir həftə sonra yoxa çıxıb.

ABŞ rəsmiləri Reuters xəbər agentliyinə bildirblər ki, adı açıqlanmayan admiral sığınacaq axtarır. Daha sonra Anadolu agentliyi onun adının Mustafa Uğurlu olduğunu bildirib.

Türkiyə, çevrilişə cəhdin arxasında dayanmaqda ittiham etdiyi Fethullah Gülenin ABŞ-dan ekstradisiya olunmasını istəyir.

Gülen bütün ittihamları rədd edir.

İki ABŞ rəsmisinin Reuters xəbər agentliyinə bildirdiyinə görə, admiral Nato-nun Virginia-dakı Müttəfiq Transformasiya Komandanlığı qərargahında işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam