Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bakı sammiti Rusiya-İran-Türkiyə üçbucağının qurulmasına aparır"

 PIR

Xeberinfo.com:   Vladimir Putin cari həftəni güney qonşularımızla təmaslara həsr edəcək. Bazar ertəsi İlham Əliyev və Həsən Ruhani ilə görüş, sıradakı gün isə Sankt-Peterburqda Rəcəb Ərdoğanla danışıqlar keçiriləcək, o biri gün isə Serj Sərkisyan Moskvaya uçacaq. Türkiyə prezidenti ilə görüşə hamının diqqəti cəlb olunub, lakin yüksəksəviyyəli Rusiya-İran görüşünün də çox mühüm önəmi var.

Cənub istiqaməti Rusiya üçün hazırda fövqəladə mənaya malikdir. İki tarixi qonşu – İran və Türkiyə ilə münasibətlərin çox böyük potensialı var, Qarabağa görə Azərbaycanla Ermənistan arasındakı gərginliyi azaltmaq lazımdır.

Və əlbəttə, Suriyadakı hərbi əməliyyatımız – Rusiya doqquz ay ərzində bütün Böyük Yaxın Şərqdə nüfuzunun əsaslı şəkildə artımına nail olub. Başlıca itki Türkiyə ilə dalaşma idi, lakin başlanan barışıq Rusiya üçün bölgədə yeni, daha dayanıqlı bünövrə qurmaq imkanı verir. Onun üç əsas sütunu Türkiyə, İran və ərəb ölkələri ilə münasibətlər olmalıdır və bu üçbucaqda münasibətlərin qurulması üzərində iş tam gücüylə gedir. Türkiyə prezidenti Ərdoğan qiyamın boğulmasından dərhal sonra iranlı həmkarına bildirib ki, İran və Rusiya ilə əvvəlkindən çox qarşılıqlı fəaliyyətə hazırdır: “Biz İran və Rusiya ilə əl-ələ əməkdaşlıqla bölgə problemlərini həll etməyə və bölgəyə barış və sabitliyin dönüşü üzrə addımlarımızı möhkəmlətməyə köklənmişik”.

İran və Türkiyə bölgəninn iki mühüm dövləti və tarixən rəqibdir. Onların Cənubui Qafqaz uğrunda uzun əsrlik mübahisəsini Rusiya həll edib – 18-19-cu əsrlərdə türk və farslarla müharibədən sonra bölgəni özünə birləşdirib. Lakin Cənubi Qafqaz bu gün formal “azad” olsa da, əslində, Moskva, Ankara və Tehranın nə bu bölgədə, nə də ümumən aradan qaldırılmaz, ziddiyyətli münaqişələri var. Türkiyə və İranın dini və geopolitik maraqları bölgənin müxtəlif ölkələrində kəsişir. Lakin həm Ərdoğanın layihəsi, həm də İslam respublikası üçün daha böyük təhlükəni kürəsəl anqlo-saks elitasının o qismi təmsil edir ki, bu ölkələrdə hakimiyyətin dəyişdirilməyinə və Ankara ilə Tehranın cilovlanmasına bel bağlayır. İran ABŞ-la 35 illik qarşıdurmaya duruş gətirib, Türkiyə getdikcə daha çox başa düşür ki, Qərb onu öz maraqları üçün manipulyasiya edir. Və bütün ziddiyyət və iddialara rəğmən bu iki ölkə düşmənlik etməkdənsə birlikdə daha çox şeyə nail ola bilər.

Rusiya məhz buna köklənib – həm Türkiyə, həm də İranla strateji münasibətlər bizim üçün vacibdir. Bu bizə həm iqtisadi, həm də geopolitik baxımdan sərfəlidir: Şimal-Cənub nəqliyyat dəhlizləri, ticarətdə böyük potensial, Rusiya AES-lərinin inşası və silahlarımızın  tədarükü, turizm və investisiya. Hələ sakit cənub sərhədlərimiz və terrorizmlə mübarizəni demirik. Suriya müharibəsinin nəticəsi də Moskva-Tehran-Ankara üçbucağında münasibətlərin necə qurulacağından asılıdır. Bu üç ölkənin yaxınlaşması üçün əsas maneə məhz Suriya müharibəsidir. Rusiya və İran Əsədi dəstəkləyir, Türkiyə isə onun getməyi uğrunda çıxış edir, lakin Suriyadakı beşillik vətəndaş müharibəsindən sonra aydındır ki, Əsədi devirməyə nail olunmayacaq. İran bütün bu illərdə Dəməşqə hərbi yardım göstərib, keçən payızda isə Rusiya da Əsədə köməyə gələndən sonra şübhə yoxdur ki, Suriyada hakimiyyətin zorakılıqla dəyişilməsi olmayacaq.

Türkiyəni Əsədin taleyindən çox Suriyanın şimalında məskunlaşmış kürdlərin güclənməsi və ayrılması təşvişə salır. Ankara qorxur ki, onun sərhədləri yanında artıq ikinci kürd muxtariyyətinin meydana çıxması daim iğtişaş, terakt, ya da artıq Türkiyə Kürdüstanında vətəndaş müharibəsi qaynağı olacaq.

Putin və Ərdoğan Suriya nizamlaması haqda Rusiya və Türkiyənin maraqlarına cavab verən şəkildə razılığa gələ bilsələr (hər iki ölkəyə isə vahid Suriya lazımdır), onda antiəsəd üsyançıları barışığa məcbur etmək sürətlə gedəcək.

Əlbəttə, Türkiyə İranın Suriyada hədsiz dərəcədə güclənməyini istəmir, lakin Səudiyyə Ərəbistanından fərqli olaraq “şiə qövsü”nü öz təhlükəsizliyinə hansısa ekzistensial çağırış saymır.

İranla Türkiyə arasında həmsərhəd ölkələr uğrunda mübarizə həmişə olacaq. Lakin Ankara yəqin olanı etiraf etməyə bilməz: İran uzun onilliklər müddətində özünün ardıcıl siyasəti, müttəfiqlərə (“Hizbulla”, Əsəd və İraq şiələri) dəstəyi ilə bölgədə olduqca etibarlı dayaq yaradıb.Və bunu ondan məhrum etməyə nə Türkiyənin, nə ABŞ-ın, nə də Səudiyyə Ərəbistanının gücü yetər. Əslində isə bölgədə məhz Amerika təcüvüzü İranın mövqelərinin güclənməyinə səbəb olub və maraqlarını öz əsgərlərinin qanıyla qoruyub.

Putin-Ərdoğan-Ruhani üçtərəfli görüşünün vaxtı hələ çatmayıbsa, Putin, Əliyev və Ruhaninin bu günki Bakı sammiti hər halda müəyyən mənada bu istiqamətdə addımdır. Əslində, Azərbaycan Rusiya-İran-Türkiyə kəsişməsinin nadir nümunəsi və simbiozudur. İranlılar kimi şiəliyə  etiqad bəsləyən türk xalqı bir neçə əsr İranın tərkibində olub və sonralar Rusiya imperiyası onu döyüşlə İrandan qoparıb. Azərbaycanlılar iki əsr ərzində ruslaşmayıblar, lakin sivilizasiyaca bir çox baxımdan ruslaşıblar və Bakı indi geopolitikaca hər üç qonşu ölkənin yaxınlaşmasında mühüm amil kimi çıxış edə bilər.

Üçtərəfli sammit ilk dəfə keçirilir, lakin özlüyündə Rusitya və İran əməkdaşlığının yeni səviyyəyə qalxmağına xidmət erdir. İran üzərindən beynəlxalq sanksiyaların götürülməyindən sonra mübaliğəsiz böyük potensiala sahib olan iki ölkənin strateji əməkdaşlığı üçün son maneələr yox olub.

Hazırda 70-ə yaxın böyük layihə üzərində iş gedir. Və hökumətlərarası komissiyanın həmsədri, energetika naziri Novakın bu günlərdə dediyi kimi, “qabaq kəsən ən böyük amil pul-maliyyə münasibətləri məsələsi, banklararası əməkdaşlıqdır”.

Lakin bu problem də tədricən dəf edilir. Deməli, Putin Azərbaycanın informasiya agentliyinə müsahibədə İES avadanlıqlarının maliyyələşdirilməsi və dəmiryollarının elektrikləşdirilməsi üçün İrana 2,2 milyard avro məbləğində kredit verildiyi haqda məlumat verib.

Həm də bu, birgə layihələrin yalnız cüzi hissəsidir. Xarici mühasirədən çıxmış İran indi yüksək templərlə inkişaf edəcək. Artıq avropalılar, yaponlar və çinlilər arasında İran bazarı uğrunda ən ciddi mübarizə gedir…

Pyotr Akopov

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam