Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Qafqaz Universitetində "təmizləmələr": 50-dək türk vətəndaşı vəzifədən uzaqlaşdırıldı!

qafqaz-universitet-2

İyulun 20-də Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilən Qafqaz Universitetində təmizləmələrə başlanıb.

Xeberinfo.com:  Artıq universitetin idarəedici personalına daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı rəsmi əmrlə vəzifələrindən alınıblar. Onlardan bir neçəsi dərhal ölkəni tərk edib, digərlərinin də yaxın günlərdə Azərbaycandan çıxacaqları gözlənilir.

Bu məlumatı Strateq.az-a uzun illərdir Qafqaz Universitetində dərs deyən və dünən vəzifəsindən azad edilən müəllimlərdən biri verib.

O deyib ki, Qafqaz Universiteti iyulun 20-də Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilsə də, pedaqoji heyətin fəaliyyətini olduğu kimi davam etdirəcəyi gözlənilirdi: “Ancaq dünən səhər qəfildən Elmar Qasımovun əmri ilə Qafqaz Universitetinin idarəedici personalına və həmçinin pedaqoji heyətə daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı vəzifələrindən azad edildi. Onlardan bəziləri, o cümlədən keçmiş rektor Ahmed  Saniç artıq ölkəni tərk edib. Biz də yol üstəyik, yaxın günlərdə Azərbaycandan köçəcəyik”.

Xatırladaq ki, Qafqaz Universiteti Azərbaycanda 1 may 1993-cü ildən fəaliyyətə başlayıb.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. 2002-ci ilin 20 avqustunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə lisenziya da verilib. 1995-ci ildən başlayaraq Universitet uzun illər tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edib.

Bu il Türkiyədəki 15 iyul hadisələrindən sonra Ərdoğan hakimiyyətinin tələbi ilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Fətullah Gülən şəbəkəsinə daxil edilən məktəblərin fəaliyyətinin təftişinə və qapadılmasına başlanılıb.

Qafqaz Universitetinin idarəedici heyəti də Gülənə yaxınlıqda suçlandırıldığından, Azərbaycan hakimiyyəti Türkiyənin rəsmi qurumlarının istəyinə cavab olaraq, dərhal bu ali təhsil ocağını BANM-in idarəçiliyinə verdi.

Hazırda idarəedici heyət vəzifəsindən uzaqlaşdırılsa da, ali məktəbin tələbələrinin taleyi naməlum olaraq qalmaqdadır…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam