Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir şəhidin anası İcra Hakimiyyətindən şikayət edir

sehid-ravil-novruzovAprel döyüşlərində şəhid olmuş daha bir hərbçimizin ailəsi dövlət orqanından şikayətçidir.

Xeberinfo.com:   Şəhid Ravil Novruzovun anası Nargilə xanım yaşadıqları Xızı rayonu İcra Hakimiyyətindən şikayət edib. Şəhid anasının şikayətini modern.az saytı işıqlandırıb. Nargilə xanımın dedikləri:

“Xızı rayon İcra Hakimiyyətinin oğluma qoyduğu başdaşını sökdük, indi həyat yoldaşım təzəsini öz zəhməti ilə düzəldir. Çünki şəhidimizin qəbri seçilmirdi, görünmürdü. O gün yoldaşım Elmanı çağırıblar kənd icra nümayəndəliyinə, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ona deyib ki, .. “orada obyekt tikirsən? O qəbir itib-batmalıdır. Bizdən heç nə istəmə. Nə borcumuzdur, vermişik. Başdaşını düzəltmişik, məclisini yola vermişik. Ölünün məzarı da itməlidir…”.

Yoldaşım gəlib evdə onların dediklərini söyləyəndə, az qala dəli olam. Biz oğlumuzun adına layıq olan başdaşı düzəldirik ki, görünsün, onun qəhrəmanlığı nəsillərə nümunə olsun, bunların dediklərinə bax…

Bu gün nə olmuşdusa, gəlmişdilər həyətimizə ki, nə probleminiz var? Qovdum onları qapıdan.

Yoldaşım tək-tənha işləyir, heç kimdən təmənnamız yoxdur.
Onlara dedim ki, “sizdən heç nə istəmirik”. Bəyəm başdaşına xərclədikləri o pulu ciblərindən veriblər? Bilirəm ki, dövlət vəsaiti hesabına düzəltdirmişdilər… Hirsləndim, qapıma gələnlərə dedim ki “başdaşı üçün, məclis üçün nə qədər xərc çəkmisinizsə, qaytarıram özünüzə, ancaq rədd olub gedin həyətimdən!. Mən şəhid Ravilin anasıyam, ağlamayacağam sizin qabağınızda. Bir dənə küçə adı vermisiniz uşağıma, 2 aydır küçəyə bir lövhə də vurulmayıb. Heç mən o küçəni layiq bilmirəm oğluma”.

Söylədim ki, mənim oğlum minnətli oğlan deyil, o, torpaq qurtarmağa gedib, torpaq satmağa yox. Vətən uğrunda şəhid olub. 5 dəfə sağlığında hərbi hissənin, Azərbaycanın  bayrağını dalğalandırıb. Medallarla, fəxrı fərmanlarıyla…  Mənim haqqım var bunları deməyə, ancaq onların haqqı yoxdur ki, deyələr “burda obyekt düzəldirsən”. Obyekti onlar düzəldirlər öz oğlanları üçün. Biz şəhid qəbri düzəldirik ki, gələcək nəsil tanısın.

Özüm iflic adamam,  yenə nə qədər əsəb keçirdim. Bu günlərdə Neftçalada şəhid Elimdarın qəbrini ziyarətə getdim, oğlumun dostu olub, görərdiniz İcra Hakimiyyəti necə ad günü keçirdi. Binəqədi rayonu İcra Hakimiyyəti şəhid Emin üçün ad günü məclisi təşkil etdi. Halal olsun onlara. Şəhidləri ucaldırlar.

Mən Mehriban xanımla görüşümdə gördüm ki, çox sadə adam idi. Ancaq Xızıda yerli İcra Hakimiyyətinin başbilənləri özlərini dağ başına çəkirlər. Bizi əskik tuturlar.

Mehriban xanımın bunlardan xəbəri yoxdur. Mən istəyirəm ki, Mehriban xanım bu əməllərdən xərədar olsun.
Oğlum Talış kəndində postları işğaldan azad edib, qəhrəmanlıqla şəhid olub. Onun bu şücaətini bilsəydim, Mehriban xanımla görüşdə deyərdim. Bunları dostları ölümündən sonra danışıb. İndi başım ucadır ki, oğlum çox şücaətlər edib.

Mənim heç kimdən təmənnam yoxdur, Ravilin haqqı üstümüzdə çoxdur. Öz gücümlə uşağımın qəbrini abadlaşdırıram, toyu olmadı, bəy otağı olmadı, mən də ona qəbrisatnlıqda bəy otağı düzəltməklə, ürəyimi soyutmaq istəyirəm… ancaq onlar bizi narahat edirlər…. Nə olar, bizi rahat rahat buraxsınlar”.

Nargilə Novruzova ölkə başçısının xanımı Mehriban Əliyavanın aprel şəhidlərinin anaları ilə görüşündə iştirak edən və onun yanında oturanlardan biri olub. Açıqlamasında “Mehriban xanım” deyərək danışdığı nüanslar həmin görüşlə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam