Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ƏRƏB BAHARI YA QƏRB VİRUSU ?


       Xeberinfo.com:  Ömrünün on ildən artıq bir kəsimini ərəb aləmində , mühitində yaşamış və işləmiş bir şəxs kimi bu məkamda baş verənlərlə bağlı obyektiv ya subyektiv ola biləcək fikir , düşüncələrə malikəm və onları " Moderator.az" saytının lütflə təqdim etdiyi imkanla silsilə yazılarla hörmətli oxucumun diqqətinə təqdim edirəm...Bu yazılar sxolastik ekspert rəyindən uzaq , rəsmi ibarələrlə deyil , səmimi bir yanaşma , sadə bir şahid dili ilə yazılacaq , hər halda buna səy göstərəcəyəm...
       Əvvəla onu deyim ki , ərəb ölkələrində sürən qatı diktatorluq ifadəsi ilə razı deyiləm , bu ölkələtin rejimləri daha çox monarxiya və respublika ənənələrinə söykənir , əgər məmur korrupsiyası diktatorluq adlanırsa , o zaman dünya dövlətlərinin hər biri istisnasız olaraq diktator rejimləridirlər...
Hətta Qəddafinin belə diktator adlandırlması düzgün deyil , təki hər bir ölkədə onun vaxtında əhaliyə göstərilən sosial yardım və əhalinin rifahı digər ölkələrdə olardı...Bəli, Qəddafi ekstravaqan adam idi , çadırlatda yatırdı , libası milli ənənələrə söykənirdi , mühafizəçiləri ukraynalı qızlar idi , getdiyi ölkələrin baş meydanlarında alaçıq qurardı , " Yaşıl kitab " yazardı , lakin ölkədə siyasi məhbuslar yox idi...Körfəz ölkələri hakim şeyxləri bu mənalarda Qəddafinin eynidirlər , lakin onları diktator adlandıran yoxdur. Digər bir diktator , Sudan prezidenti Omar Bəşir ilə 1996 -cı ildə görüşmüşəm , onun prezident otağı və malikənasi bəlkə də Burundili bir nazirin şəraitindən qat -qat aşağı idi...Özü də həlim xarakterli , savadlı , dərin düşüncəyə malik bir şəxs idi , onun əsas məqsədi ölkənin parçalanmasına yol verməmək idi , lakin Qərbin silahlandırğı Darfur üsyançıları və xristian Cənubi Sudan öz müstəqilliklərin elan eydilər , bundan sonra Omar Bəşirin diktator damğası üstündən götürüldü...92 yaşlı həqiqi diktator Muqabe isə bu günlərdə yenidən prezident seçkilərinə qatılır , adam 29 ildir ki , prezidentdir və ondan əvvəl 7 ildə baş nazir olub...Deməli söhbət ərəb ölkələrinin diktatorluqlardan azad edilməsindən getmir ( məgər Hüsnü Mübarəki diktator idi ?!) , burada sualtı cərəyanlar başqa məqamlardan xəbər verir...Fövqəl dövlətlərin öz mənafe və strateji baxışları , kilsə və sinaqoqun öz yanaşması , ərəb şeyxlərinin başqa bir marağı , Yaxın Şərqin qeyri-ərəb , lakin kifayət qədər nüfuzlu dövlətlərinin öz mənafeləri...Çarpışma hədəfi isə 24 ərəb dövlətindən artıq viran olmuş İraq və Suriya seçildi , ( Tunis , Misir az qanla canını qurtardı , Liviyada bu gün dövlətçilik yoxdur ) ,niyə məhz İraq və Suriya ?( ardı var )
     

Hüseyn Hüseynov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam