Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Gülər Əhmədova türmədən çıxmaq istəmir...”

 

 

     Hakimiyyət onun cəzasını şərti işlə əvəz etməyə qərar verib

 

    G.Əhmədova isə tam bəraət almaq, bütün itirdiklərini, hətta deputat mandatını da bərpa etmək şərtini irəli sürür; gələn həftə ilin sensasiyası gözlənilir

 

    "xeberinfo.com": Sabiq deputat Gülər Əhmədova gələn həftə azadlığa buraxıla bilər. Bu məsələ ilə bağlı siyasi qərar artıq qəbul edilib. Bu barədə  hakimiyyətdəki mənbələr məlumat yayıb.
Mənbənin iddiasına görə, ilkin istintaq dövründə və məhkəmədə hakimiyyətə sərf edən mövqe nümayiş etdirdiyinə və qırmızı xətti keçmədiyinə görə siyasi hakimiyyətin ona pozitiv münasibəti yaranıb: “Bu səbəbdən siyasi hakimiyyətin təmsilçisi Gülər Əhmədova ilə görüşərək onunla anlaşma əldə ediblər. Düzdür, müəyyən detallar barədə hələ də razılıq yoxdur. Ancaq onun azadlığa buraxılması ilə bağlı prinsipial anlaşma var”.
Mənbə tərəflər arasındakı razılaşdırılmamış məqamlara da aydınlıq gətirib: “Hakimiyyət Gülər Əhmədovanı şərti işlə azadlığa buraxmaq istəyir. Yəni məhkumluğu, cəzası  qalır, ancaq azadlığa çıxır. G.Əhmədova isə ona bəraət verilməsi şərtini irəli sürüb. Yəni sabiq deputat istəyir ki, bəraətlə azadlığa çıxsın, məhkumluğu üstündən götürülsün.
Hakimiyyətin yenidən etimadını qazanmış G.Əhmədova azadlığa buraxıldıqdan sonra itirdiklərinin bərpa olunmasını da tələb edir. Onun itirdikləri isə həddən artıq çoxdur. O, mandatını, biznesini və daşınmaz əmlakının bir hissəsini, ən əsası isə, reputasiyasını və sağlamlığını itirib. G.Əhmədova hakimiyyətə sadiqliyi müqabilində itirdiklərinin bərpasına can atır. O hətta deputat mandatının bərpa edilməsini də arzulayır. Deputat mandatının bərpa edilməsinin hüquqi mexanizmi barədə hələlik tam təsəvvürlər məhduddur. Ancaq G.Əhmədovanın məntiqinə görə, bu mümkündür. Çünki o ”istintaqa mane olmamaq üçün Milli Məclisdən könüllü istefa verib və məhkəmə istintaqı bitəndən sonra ona bəraət veriləcəksə,  sabiq deputat mandatını da bərpa edə bilər. Bu təbii ki, G.Əhmədovanın versiyasıdır. Bu tip məsələlər barədə  tərəflər hələlik razılığa gələ bilməyiblər".
Mənbənin məlumatına görə, G.Əhmədovanın son məhkəmə proseslərində özünü günahsız şəxs kimi aparması və məhkəmə prosesini uzatmağa çalışması da danışıqların müsbət məcrada davam etməsinin göstəricisidir: “Gülər Əhmədova prosesi uzatmaqla danışıqları öz istəyinə uyğun yekunlaşdırmaq üçün vaxt qazanmaq istəyir. Yəni onun azadlığa buraxılması ilə bağlı prinsipial qərar artıq qəbul edilib, detallar barədə anlaşma əldə etmək üçün vaxt qazanır. Böyük ehtimalla gələn həftənin sonu məhkəmə yekunlaşacaq”.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G.Əhmədovanın məhkəməsi aprelin 28-də davam etdiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam