Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Ərdoğan bizim adamlarımızı sıradan çıxarır...”


 

Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdindən sonra silahlı qüvvələrdə və bütövükdə təhlükəsizlik aparatında aparılan kütləvi həbslər Pentaqonda və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində narahatlıq doğurur.

Xeberinfo.com:   Məlumata görə, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel Koloradoda keçirilən toplantıdakı çıxışı zamanı Türkiyədəki uğursuz çevriliş cəhdi və hökumətin buna reaksiyasının Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcəyini deyib.

General Votel bildirib ki, çevriliş cəhdinin ardınca ABŞ ordusunun Türkiyə ordusundakı bir çox yaxın müttəfiqləri həbsə atılıb. “Bir çox türk lider, xüsusən də hərbi liderlərlə sıx münasibətlərimiz var. Bu münasibətlərin baş verənlərdən necə təsirlənəcəyi ilə bağlı narahatlıqlarımız var”-general bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper də eyni narahatlığı dilə gətirib. O, deyib ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər ya həbs olunub, ya xidmətdən kənarlaşdırılıb. “Bir çox tərəfdaşımız həbs olunub və ya ordudan xaric edili. Şübhəsiz ki, bu ABŞ-ın Orta Şərq strategiyasını daha da mürəkkəbləşdirəcək. Uğursuz çevriliş cəhd Türkiyənin milli təhlükəsizlik aparatına bütövlükdə zərbə vurub”-Klepper deyib.

“Bloomberg” Vaşinqtonun Türkiyə ordusundakı həbslərlə bağlı narahatlığına toxunaraq yazır ki,  son 18 ayda Ərdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam