Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkədən külli miqdarda valyuta çıxarmaq istəyənlər saxlanıldı

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 ABŞ dollarının qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb

 

Xeberinfo.com: Gömrük Komitəsinin saytına istinadən xəbərə görə, Bakı-Yekaterinburq aviareysi ilə Rusiya Federasiyasına getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 ABŞ dolları aşkar edilib.

 

Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan Respublikası vətəndaşı isə şifahi formada bəyan etdiyi  10 000 ABŞ dollarından başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən 19 300 ABŞ dolları aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam