Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mikayıl Cabbarov təhsil şöbəsinin müdiri qarşısında acizdir?!: YENİLƏNİB

Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun “toxunulmazlığ”nın səbəbi və səbəbkarı haqqında...  

Xeberinfo.com: Ağcabədi rayonunda təhsilin durumu, təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun fəaliyyəti ilə bağlı son vaxtlar elektron mediada silsilə yazılar oxuyuruq. Bu yazılarda Ağcabədi rayonunda təhsilin yarıtmazlığından, şöbə müdirinin müxtəlif qanunazidd əməllərindən bəhs olunur. Maraqlıdır ki, bütün bunların qarışılığında əks tərəf-Təhsil Şöbəsi-təkzibedici faktlarla çıxış etmir. Bu isə oxucuda yazılanların həqiqiliyinə şübhə yeri qoymur. Nə isə...  

Ağcabədi rayonundan bu istiqamətdə xeberinfo.com-a yeni bir məlumat daxil olub. Daha doğrusu yazacağımız fakt iki ay əvvələ təsadüf etsə də bu günə qədər ictimailəşməyib. Söhbət təhsil naziri Mikayıl Cabbarovun 27 may 2016-cı il tarixli, 11/380 saylı İntizam tənbehinin tətbiqi barədə əmrinin hələ də icra olunmamasından gedir. Belə ki, Mikayıl Cabbarov bu əmri rəhbərlik etdiyi nazirlik tərəfindən Ağcabədi rayonunun 13 məktəb və 5 məktəbdənkənar müəssisəsinin 2014-2015 və 2015-2016-cı tədris illərini əhatə edən dövr üzrə fəaliyyətləri ilə bağlı verib. Məlumata görə, yoxlamalarla üzə çıxan nöqsanlar səbəbindən Ağcabədi rayon təhsil şöbəsinin, eləcə də fəaliyyətləri yoxlanılan təhsil ocaqlarının rəhbərləri haqqında intizam tədbirlərinin görülməsi zərurəti meydana çıxıb... 

Əmrdən məlum olur ki, Təhsil Nazirliyi apardığı yoxlama zamanı bir sıra ciddi nöqsanlar, qanun pozuntuları aşkarlayıb və üzə çıxarılan nöqsanlar Ağcabədi rayon Təhsiul Şöbəsinin rəhbər şəxslərinin vəzifə məsuliyyətləri ilə bağlı məsələni gündəmə gətirib. Nazir Mikayıl Cabbarov da bütün bunları və Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.3 və 13.5-ci bəndlərini rəhbər tutaraq Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əkbər oğlu Əhmədovun tutduğu vəifədə qalmasının məqsədəmüvafiq hesab edilmədiyini Ağcabədi rayon İcra Hakimiyyəti qarşısında qaldırıb.

 Mikayıl Cabbarovun bu əmri imzalamasından iki aya yaxın vaxt kesçə də, Mehdi Əhmədov hələ də vəzifəsini qoruyub saxlaya bilir(?) Məlumata görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov “nə qədər ki, mən bu rayonun başçısıyam, Mehdi də təhsil şöbəsinin müdiri olacaq” deyərək, təhsil naziri Mikayıl Cabbarovun əmrinin heç bir qüvvəsi olmadığını nümayiş etdirib. 

Qeyd edək ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, Ağcabədi rayonu ölkə üzrə ən pis nəticə göstərən rayonlar sırasında 5-ci olmuşdusa, ötən il artıq 3-cü idi. Bu isə Ağcabədi rayonunda təhsilin səviyyəsinin real göstəricisidir. Görünür, təhsil naziri Mikayıl Cabbarovu Ağcabədi rayon təhsil ocaqlarında geniş yoxlama aparmağa vadar edən əsas səbəb də bu olub. Yoxlamalar zamanı isə ciddi qanun pozuntuları və nöqsanların üzə çıxması da Mikayıl Cabbarovun bu əmri imzalamasına səbəb olub. Lakin təhsil nazirinin əmri bu günə kimi havadan asılı qalıb və icra olunmur. Səbəb isə qeyd etdiyimiz kimi, icra başçısı Şahin Məmmədovun Mehdi Əhmədovdan başqa kiməsni təhsil şöəsinin müdiri vəzifəsində görmək istəməməsidir. 

Məlumatlarla bağlı Mehdi müəllimi də dinləmək istədik. Təəssüf ki, dəfələrlə çaba xərcləməyimizə baxmayaraq, hörmətli təhsil şöbəsinin müdiri nazirin sözügedən əmrinin varlığını təsdiqləsə də, digər suallarımızı cavablandırmaqdan yayındı. Ardınca mövzuya daxil olmayan nəsnələrdən danışdı...

                                 ***

 

Bu gün (25. 07. 2016) aldığımız məlumata görə, yazı dərc olunandan sonra Mehdi müəllim İcra Hakimiyyətinə dəvət olunub və vəzifədən kənarlaşdırılması ilə bağlı ərizəsi alınıb. (Maliyyə Nazirliyinin apardığı yoxlamadan sonra Mehdi Əhmədovun öz ərizəsi ilə vəzifədən azad olunması müxtəlif suallar doğurur…)  Buna baxmayaraq onun hələ də de-fakto vəzifəsini icra etdiyi bildirilir.

 

Biz bu məlumatla bağlı Mehdi müəllimlə telefon əlaqəsi yaratdıq. Bizimlə söhbətində o həqiqətən də bir neçə gün öncə (Yazıdan sonra yox.) vəzifədən azad olunması ilə bağlı ərizə yazdığını və hal-hazırda da iş başında deyil, Ağcabədi rayonunun Xocavənd kəndində yaşadığını bildirdi.

 

 

Mövzu diqqətimizdədir.

Akif 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam