Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Neft Fondu 4 mlrd. manat gəlir əldə edib

neft

 

Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 3 991,0 mln. manat, büdcə xərcləri isə 2 256,7 mln. manat təşkil edib.

 

Xeberinfo.com:   ARDNF-dən verilən məlumata görə,  2016-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 8,8 milyon manat təşkil edib.

 

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 milyon manata bərabər olub.

 

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 760,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılıb. 9,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat təşkil edib.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 65,4 milyon manat təşkil edib.

 

2016-cı il iyulun 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 4,6% artaraq 35 117,9  milyon dollara bərabər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam