Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Köməkçimi girov götürüblər" - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul Atatürk Hava Limanında xüsusi açıqlama ilə çıxış edib.

Xeberinfo.com:   Ərdoğan bildirib ki, Silahlı Qüvvələrin içində azlıqda olan bir dəstə hərbi çevrilişə cəhd edib: "İndi baş verən Vətənə xəyanətdir. Onlar bunun hesabını çox ağır ödəyəcəklər. Onlar millətin səsləri ilə vəzifədə olan Rəcəb Tayyip Ərdoğanı və hökuməti bitirə bilməzlər".

Ərdoğan bu hadisənin "parelel yapı" ilə bağlı olduğunu açıq ifadə edib.

Türkiyə prezidenti deyib ki, bu il avqustun əvvəlində Yüksək Hərbi Şuranın toplantısı olacaq: "Bu hadisənin həmin şura əvvəli olması çox mənalıdır. Çünki onlar həmin şurada nə baş verəcəyini gözəl bilirdilər".

Ərdoğan qeyd edib ki, İstanbula Marmarisdən gəlib: "Mən ordan ayrılandan dərhal sonra Marmarisdə olduğum yer bombalanıb".

Ərdoğan xüsusi köməkçisinin girov götürüldüyünü də açıqlayıb.

O, həmçinin, baş qərargah rəisinin vəziyyəti barədə də xəbərsiz olduğunu qeyd edib.

Ərdoğan Türkiyə Silahlı Qüvvələri əsgərlərinə və hərbçilərinə müraciət edib və onları öz ailə üzvlərinə, yaxınlarına, millətə qarşı silah işlətməməyə çağırıb.

Türkiyə prezidenti Silahlı Qüvvələrdə artıq həbslər başladıldığını və bunun davam edəcəyini də qeyd edib.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında tərəfdarlarının qarşısına çıxıb.

Virtualaz.org xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.

***

İstanbuldakı Atatürk beynəlxalq hava limanı partladılıb. Bu xəbəri «Reuters» verib.

Daha öncə NTV telekanalı Türkiyə prezidenti Ərdoğanın təyyarəsinin içərisində İstanbul hava limanında olduğunu bildirmişdi.

***

Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi İstanbul Atatürk hava limanında yerə enib.

Bu barədə Türkiyə KİV məlumat verib.

***

Türkiyə prezidenti Ərdoğanın yerini bilən yoxdur. Türkiyə və dünya mediası xəbər verir ki, prezidentin yerini müəyyənləşdirmək üçün edilən bütün cəhdlərə baxmayaraq, hələılik bu mümkün olmayıb.

Bu dəqiqələrdə prezidentin mətbuat katibi bildirib ki, yaxın saattlarda dövlət başçısı xalqa müraciət edəcək. Türkiyə mənbələrinə görə, prezident ölkə ərazisindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam