Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycan İŞİD-in hədəfində deyil"

“İŞİD-in Azərbaycanı hədələməsi bizim üçün yeni məsələ deyil. Terrorçular bundan öncə şeyxi də hədəfə almışdılar”.

 

Xeberinfo.com:   Bunu azvision.az-a ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl İŞİD-in Azərbaycanı hədələməsi ilə bağlı məlumatlara münasbət bildirərkən deyib.

Keçmiş MTN-çi hesab edir ki, Azərbaycana qarşı hədələr İŞİD rəhbərliyi tərəfindən deyil, terror təşkilatında təmsil olunan azərbaycanlılar tərəfindən təşkil olunur. 

“Heç kim ciddi işə başlayanda, hərəkət edəndə gəlib demir ki, səni öldürəcəyəm. Səslənən fikirlər konkret olaraq hədədir. Amma bu hədəni boş buraxmaq lazım deyil. İŞİD zaman-zaman hədələdiyi ölkələrdə ABŞ, Fransa, Belçikada terror hadisələri törədə bilib. Bu gün Azərbaycan İŞİD-in hədəfində deyil. Buna baxmayaraq əhalini qorxuya saxlamaq üçün belə addımlar atırlar. Bəlkə də bu yolla İŞİD-dəki azərbaycanlılar ölkəyə qayıtmaq istəyirlər”.

Qeyd edək ki, Türkiyənin “Milliyət” qəzetində Azərbaycanın İŞİD terror qruplaşmasının hədəfində olması ilə bağlı yazı dərc olunub.

İddiaya əsasən Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam