Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Biz ölməyə, doğuluruq, torpağın, daşın sağ olsun”


 

Xeberinfo.com:   

 

                                     Gəldik, getdik dünya nə fayda gördü?

                                      Ömrümüzün kökü harda göyərdi?

                                      Fələyin oduna yanan canlardan

                                      Çıxan tüstülərdən kim xəbər verdi?

                                                                                     Ömər Xəyyam

Amansız ölüm gözəl ziyalı, böyük ədəbiyyat adamı, unudulmaz müəllim Nəbi Zeynalovu sıralarımızdan apardı. Nəbi müəllim yaşadığı zaman illərində ömrünün yarıdan çoxunu müəllimlik peşəsinə-pedaqoji fəaliyyətə həsr etmişdi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndi orta məktəbində ədəbiyyat və ana dili fənnlərini tədris edərək gənc nəslin formlaşmasında və təhsilə maraqlarının artmasında böyük xidmətləri olmuşdur. Gənc yaşlarından öz doğma Tivi kəndinə çəkilərək, dünyasını dəyişəcəyi günə qədər öz müəllimlik missiyasını şərəflə yerinə yetirərək özündən sonra böyük bir ədəbiyyat məktəbi formalaşdırmışdr.

Təmənnasız olaraq öz biliyini, savadını, özündən sonra gələnlərə bir çıraq kimi tutmuşdur. Onun arzuları hələ çox idi, amansız ölüm, vaxtsız əcəl onun arzularını yarıda qoydu. Nəbi Zeynalov yaşının müdriklik sərhədlərinə təzəcə yaxınlaşmaqda idi, amansız əcəl buna imkan vermədi ki, bu böyük insan hələ də tüknməyən müdriklik kəlamlarını öz davamçılarına çatdırsın. O müdriklik sərhədlərinə yaxınlaşmaqdaykən vaxtsız əcəl onu sıralarımızdan bir göz qırpımında apardı...

Həyatın və Dünyanın fəlsəfəsi budur: gələn getməlidir, dünyaya gəlmək getmək üçündür. Fəqət bu  bir dünya pəncərəsidir ki, “hər gələn baxar” gedər. Hərə öz taleyini, öz rolunu oynamağa gəlir yer üzünə. Sonda ulu yaradana dönüb qayıdırsan, sanki elə bil ulu yaradan bütün insanları yer üzünə imtahan verməyə göndərir və sonda ləyaqətlə cavab verənləri öz ulu dərgahna çəkib aparır Nəbi Zeynalov kimi.

Nəbi Zeynalov müqəddəs Ramazan bayramı günü dünyasını dəyişdi. Bəli, adamlar burada da bir ilahi mistika var. Belə bir müqəddəs gündə Tanrıya, Ulu Yaradana qovuşmaq, Tanrı dərgahına yüksəlmək əlbəttə hər insana nəsib olmur.

İndi Nəbi müəllimin əziz ruhu öz doğma kəndinin, torpağının üzərindədir – “Anabat”dakı qədim bir məscidin – Allah evinin üzərində dolaşmaqdadı. Nəbi müəllim bizim hələ dərk edə bilmədiyimiz bir aləmdə, öz yaxınlarının, əzizlərinin əhatəsindədir, atasının, anasının, qardaşlarının yanındadır. Bu uzun bir ayrılıqdan sonra əbədi bir görüşdür, müqəddəs bir görüş...

Mən inamla deyə bilərəm ki, bundan sonra da Nəbi müəllimin əziz xatirəsi onu sevənlərin, şagirdlərinin, yaxınlarının, qohumlarının qəlbində daim yaşayacaqdır. Ölüm Allaha məxsus bir açılmayan sirr olduğu üçün biz yalnız Ulu Tanrıdan ona rəhmət diləyirik, qoy Allah onun o dünyasını versin, yeri behişt olsun, qalanlara isə səbr versin, şair demişkən – “Biz ölməyə doğuluruq, torpağın, daşın sağ olsun” – Nəbi müəllim!..

 

 

Vəli Səmədli

 

AJB-nin üzvü       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam