Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Sabiq rektor və filial direktorları çətin durumda: AMİ-nin saxta diplomları yenidən gündəmə gəlib


 

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə və Qazax filialının 6 min xanım məzununun prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciəti institutun sabiq rektorunu və filial direktorlarını təşvişə salıb

Xeberinfo.com:  Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ictimai arenada gözlənilən, möhtəşəm addım kimi qarşılandı. Bu təhsil müəssisəsinin, xüsusi ilə də Gəncə və Qazax filiallarında özbaşınalıq pik həddə idi: qanunsuz tələbə qəbulu, tələbə köçürmələri və s. Bu filialların saxta diplomlu məzunlarının səsləri demək olar ki, ölkənin bütün məktəblərindən gəlirdi. Sabahımız hasab olunan təhsilimiz saxta diplomlu “pedaqoqlar”ın ümüdünə qalmışdı. Nəhayət, cənab prezidentin məlum sərəncamı və hüquq-mühafizə orqanlarının araşdırması ilə bu biabırçılığa son qoyuldu.

Amma,... xeberinfo.com-a daxil olan məlumatlara görə bəzi təhsil “ustaları” hələ də “sevimli peşə fəaliyyətlərini” davam etdirməkdədirlər. Bu haqda sonra...

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının 6 min xanım məzununun prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciəti oldu. Mediada da yayımlanan bu müraciətdə məzunlar AMİ-nin Gəncə və Qazax filiallarının direktorlarının qanunazidd əməlləri səbəbindən qarşılaşdıqları problemdən bəhs edir və dövlət başçısından və Mehriban xanımdan kömək istəyirlər.

Sitat: "Bu ərizə-müraciəti Sizə ünvanlayanlar Azərbaycan Müəllimlər İnstitutu Gəncə və Qazax filialını müxtəlif dövrlərdə bitirmiş məzunlardır. AMİ Gəncə və Qazax filialının 6 min məzunu olan bizlər olduqca kritik və acınacaqlı durumla qarşı-qarşıyıq, odur ki, yeganə çıxış yolunu Sizə müraciət etməkdə görürük”.

                                          ***

Biz məzunlar bir-birimizlə əlaqə saxlayaraq bacardığımız qədər araşdırma da aparmışıq və dəhşətli statistikanı sizinlə bölüşməyi lazım bilirik. Artıq saxtakarlığın qurbanı olan 200-dən çox ailə dağılıb. Axı bizim nə günahımız var ki, bəzi saxtakar direktor-oliqarxların korrupsioner fəaliyyətinin qurbanlarına çevrilmişik? Hər birimizin valideynləri min bir zəhmət hesabına qazandıqları pulları bizim yolumuzda xərcləyiblər ki, oxuyub ailə təhsil alaq, bir evin çırağını yandıraq, dünyaya və Vətənimizə şərəflə xidmət edəcək övladlar gətirək. Təbii ki, biz də təhsil almışıq. Amma sonradan kimlərinsə çəkişmələri hesabına diplomlarımızı saxtalaşdırıblar...”

                                              ***

Təəssüflə bildiririk ki, bizi aldadaraq illərlə oxuyub təhsil aldığımız AMİ Gəncə filialının keçmiş direktoru olan Ramiz Məmmədov barəsində heç bir tədbir görülmədi, hələ bu azmış kimi Ramiz Məmmədov hal-hazırda yenidən qanunsuz hərəkətlərini davam etdirməkdədir, Gürcüstanın təhsil müəssisələrindən birinin filialını yenidən Azərbaycanda açmaqla növbəti qurbanlarını "nəfsinin toru”na salmaqdadır.

Son olaraq yazıb Sizdən xahiş edirik ki, min bir əzab-əziyyətlərə qatlanmaqla aldığımız təhsilin hədər getməməsi üçün AMİ Gəncə və Qazax filiallarının verdiyi diplomaların etibarlı hesab edilməsi üçün problemin yenidən və köklü surətdə araşdırılıb müvafiq tədbir görülməsinə tapşırıq verəsiniz. Odur ki, biz Sizdən səbrsizliklə 6 min xanım məzun barəsində də əfv sərəncamına bənzər bir huminizm aktının qəbul olunmasına yardımçı olmağınızı xahiş edirik. Biz sizə inanır və güvənirik, minlərlə ailənin işsiz qalması və dağılmasına imkan verməyəcəyinizə ümid edirik". 

Göründüyü kimi, söhbət ölkə təhsilinin bərbad hala düşməsi ilə bərabər, 6 min müəllimin taleyindən gedir. Buradaca sual doğur, bu bəlanı doğuran səbəb nədir? Səbəbkar kim(lər)dir?

Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə, 6 minlik müəllim ordusunun dövlət başçısına və Mehriban xanıma müraciəti AMİ-nin sabiq rektoru, millət vəkili Aqiyə Naxçıvanlının, keçmiş Gəncə filialının keçmiş direktoru Ramiz Məmmədovun və keçmiş Qazax filialının keçmiş direktorlarının narahatlığına səbəb olub.

Yuxarıda da qeyd etdiyimiz kimi, Gəncə filialı qapandıqdan sonra Ramiz Məmmədovun fəaliyyətini hüquq-mühafizə orqanları araşdırırdı. Bir müddət medianın da gündəmində olsa da sonradan bu xəbər unuduldu və Ramiz Məmmədov da “yaddan çıxdı”. İndi isə məlum olur ki, Ramiz Məmmədov Gürcüstanın təhsil müəssisələrindən birinin filialını yenidən Azərbaycanda açmaqla peşə fəaliyyətini davam etdirməkdədir(?)

Təəssüf, hələ ki, həm Aqiyə xanımla, həm də Ramiz müəllimlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalmaqdadır. Bu səbəbdən də əldə etdiyimiz məlumatlarla bağlı hələlik geniş yaza bilmirik.

Mövzunun davamı ola bilər.

 

Akif      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam