Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir uşaq ölümü - Zaqatalada

“Uşağın vəziyyəti ağır idi, Bakıya götürmək istəyirdik, həkim arxayın etdi ki, “özümüz müalicə edəcəyik, Bakıya aparmağa ehtiyac yoxdur””

Xeberinfo.com:   İyunun 23-də Zaqatala rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan 5 aylıq körpə Səlim Laçınov gözlərini əbədi yumub. Rayonun Muxax kəndində yaşayan Laçınovlar ailəsi körpənin faciəsində həkimləri günahkar bilirlər.

Səlimin atası Seyfulla Laçınov deyir, hadisə baş verən gündən həkimlərdən şikayətçi düşüb. Ancaq heç bir həkim körpənin ölümünə görə məsuliyyəti üzərinə götürmək istəmir:

“DEDİLƏR, BAĞIRSAQ KEÇİLMƏZLİYİ VAR”

“İyunun 22-də uşağın qarnında ağrılar başladı. Elə həmin gün xəstəxanaya götürdük. Həkimlər dedilər, “uşaqda bağırsaq keçilməzliyi var”. Cərraha dedim ki, “ay həkim, uşağın vəziyyəti getdikcə ağırlaşır, onu Bakıya götürürəm. Dedi, “ehtiyac yoxdur, elə də ciddi problem deyil, özümüz həll edəcəyik”. Sabahı gün uşağın vəziyyəti lap ağırlaşdı, əməliyyata götürdülər. Əməliyyatdan sonra dedilər ki, vəziyyəti düzəlmir. Elə həmin axşam keçindi”.

Ata düşünür ki, bir gün əvvəl körpəni Bakıdakı xəstəxanalardan birinə çatdırsaydı, sağ qalardı. O, körpənin həkim səhlənkarlığına qurban getdiyini deyir. Həm də xəstəxanadakı vəziyyəti belə izah edir:

“DAXİLİ ORQANLARINA MİKROB SALIBLAR”

“Adi sanitar-gigiyena qaydalarına belə riayət edilmir. Uşağın daxili orqanlarına mikrob salıblar. O həkimlər tutulmalıdılar. Xəstələrə olduqca soyuqqanlı yanaşırlar. Uşağımı vaxtında Bakıya çatdırsaydım, indi qucağımızda sağ-salamat idi. Dəfələrlə dedim ki, “ay həkim, aparıram”, dedi, “yox, özümüz əməliyyat edəcəyik”. İndi qaytarsınlar körpəmizi…”

Bu yaxınlarda eyni xəstəxanadan “Qaynar xətt”ə daha iki şikayət daxil olmuşdu. Şəki sakinlərindən biri həkimlərə “şirinlik” vermədiyi üçün doğuş zamanı və sonrası həkimlər tərəfindən üzləşdiyi kobudluqlardan, biganəlikdən şikayətlənirdi, digəri isə uşaq ölümündən idi.

“RƏY HAZIR DEYİL”

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Qaynar xətt”ə bildiriblər ki, 5 aylıq körpə xəstəxanaya ağır vəziyyətdə qəbul edilib. Onun durumu barədə ailəsi əvvəlcədən məlumatlandırılıb və atadan əməliyyata görə razılıq alınıb.

5 aylıq körpənin ölüm səbəblərini Zaqatala rayon prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, qərar vermək üçün təyin olunmuş müvafiq ekspertizanın rəyi hələlik prokurorluğa daxil olmayıb. Körpənin ölümünün əsl səbəbi rəy alındıqdan sonra bilinəcək və uyğun addımlar atılacaq. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam