Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda silsilə yanğınlar törətmək istəyənlər kimlər olub?

Yanan bina ilə bağlı sensasion faktlar; binaların üzlənməsini hansı məmur monopoliyaya almaq istəyib?

Xeberinfo.com:   Binəqədidə baş verən yanğın hadisəsi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Söhbət ötən ilin mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından gedir. Bir müddət əvvəl məlumat yaymışdıq ki, bu hadisə ilə “MTN işi” arasında əlaqə var. Mənbəmiz əlaqənin nədən ibarət olması barədə konkret bilgi verməmişdi.

Lakin belə mülahizələr irəli sürülürdü ki, hadisə diqqəti “kredit qalmaqalı”ndan yayındırmaq məqsədi daşıya bilərdi. Məlumat üçün deyək ki, “kredit qalmaqalı”nda əsas fiqurlardan olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır.

Yeni məlumatlara görə isə yanğın hadisəsilə bağlı başqa bir versiya da araşdırılır. Bildililir ki, binaların üzlənməsi ilə bağlı iri layihə olub. Güman olunur ki, hadisə bu layihəni ələ keçirmək üçün törədilə bilərdi. Burada da izlər MTN-ə gedib çıxır.

Bu hadisəyə görə həbs edilən “Global Constraction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova da “Yeni Müsavat”a ilginc faktlar açıqlayıb.

Vəkilin sözlərinə görə, Azadlıq prospektindəki binada baş verən yanğından sonra araşdırma aparıblar və Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma ilə bağlı məlumatlar əldə ediblər. Onun sözlərinə görə, mayın 16-da, Binəqədidəki yanğından 3 gün əvvəl Nərimanov rayonunda veteranlar üçün nəzərdə tutulmuş binaya bitişik binada yanğın törədilib. Ilhamə Həsənova deyib ki, həmin binanı da “Global Construction” şirkəti üzləyib. Ölkə başçısı Ilham Əliyev də mayın 7-də binanın açılışında iştirak edib. “Sadəcə, həmin yanğının qarşısı daha tez alınıb. Həmin bina ilə Binəqədidə yanan binanın xarici görünüşü, bitişik binanın olması da üst-üstə düşür. Istintaq deyir ki, Binəqədidəki binada yanğın həmin binaya bitişik binanın damından başlayıb. Nərimanovda, veteranların binasında da eyni cür yanğın törədilib. Binanın damından neftə batırılmış kəndirləri yandırıb veteranlar üçün nəzərdə tutulan binaya bitişik binanın divarından sallamışdılar. Bunu niyə, nə məqsədlə etmişdilər.

Sadəcə olaraq Nərimanovda olan yanğın xoşbəxtlikdən tez söndürülüb deyə veteranlar üçün nəzərdə tutulan binada yanğın olmayıb. Həmin vaxt veteranlar binası yansaydı, “Global Constraction” şirkətinin rəhbərliyini bu fakta görə istintaqa cəlb edəcəkdilər”, – deyə vəkil əlavə edib

Ilhamə Həsənovanın sözlərinə görə, bundan başqa da Bakıda “poliuretan”la üzlənmiş binaların yandırılmasına cəhdlər olub.

Qeyd edək ki, yanğın hadisəsinə görə, “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər Ildırım oğlu, Binəqədi rayon Icra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon Icra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal Istismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam