Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putin və Ərdoğan görüşəcək

CUMHURBASKANI TAYIP ERDOGAN, PUTINLE TELEFON KONUSMASI YAPTI

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iyunun 29-da olan telefon danışığının təfərrüatları açıqlanıb.
Xeberinfo.com:   Türkiyə KİV-inə istinadən xəbərə görə, Türkiyə Prezidenti Adminstrasiyası prezidentlərin görüşü barədə məlumat yayıb.
Məlumata əsasən, dövlət başçılarının telefon danışığı zamanı ikitərəfli əlaqələrin bərpası üçün lazımi addımların atılması ilə yanaşı, bölgədəki siyasi, humanitar böhranların qarşısının alınması üçün əməkdaşlığın əhəmiyətli olduğu da vurğulanıb.
Prezidentlər ikitərəfli əlaqələrin bərpa edilməsi və terrora qarşı birgə mübarizə məsələlərində qətiyyət göstərəcəklərini vurğulayıblar: “Onlar bir-biri ilə əlaqə saxlamağın və görüşməyin vacibliyi barədə də razılığa gəliblər”.

* * *

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşmək haqda razılığa gəliblər.
“Report” xərbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat xdməti məlumat yayıb.
İki ölkə lideri arasında olan telefon danışığı zamanı görüş məsələsi müzakirə olunub və razılığa gəlinib.
İnfromasiyaya görə, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsi haqda razılıq əldə ediblər.

* * *

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

APA-nın məlumatına görə, Türkiyə prezidentinə yaxın mənbələrdən bildirilib ki, 40 dəqiqə sürən telefon danışığı məhsuldar və pozitiv keçib.
Telefon danışığı ilə bağlı hər iki tərəf rəsmi məlumat yayacaq.

* * *

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
APA-nın RIA “Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında telefon danışığının başladığını və hazırda davam etdiyini bildirib.
“Milliyet” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 12.00-da (Bakı vaxtı ilə 13.00) başlayan telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyi, Atatürk Hava Limanında törədilən terror aktı barədə müzakirələrin aparılması gözlənilir.
Telefon danışığından sonra tərəflər rəsmi açıqlama verəcək.
Xatırladaq ki, ötən gün Türkiyə və Rusiya prezidentləri arasında Rusiya tərəfinin təşəbbüsü ilə bu gün telefon danışığının baş tutacağı barədə məlumat verilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam