Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Problemlər içərisində boğulan SARAY

 

 

 

 

 

     "xeberinfo.com": Abşeron rayonu, Saray qəsəbə sakinlərinin uzun illər boyu və hal-hazırda yaşadığı problemlərdən bir də qəsəbədə kanalizasiya xəttinin olmamasıdır. Bu problem sakinləri olduqca narahat edir. Qəsəbə sakinlərinin şikayətinə görə, hər kəs özü bu çirkab suların axıdılması üçün süni kanalizasiya anbarı yaradıb. Şikayətdə o da qeyd olunur ki, imkansızlıq səbəbindən bu suni anbar yaratmağa imkanı olmayan şəxslər isə çirkab suları boş ərazilərə, qamışlıq olan sahələrə, hətta yollara belə axıdanlar olur. Buradan da aydın görünür ki, qəsəbə sakinləri bu "təmiz hava"da sözün əsl mənasında boğulurlar. 

   

     Şikayətçilərin dediyinə görə, isti yay fəsilində burda üfunət iyindən bir dəqiqə belə qalmaq olmur. Bunu üçün "Azərsu" ASC-nə dəfələrlə müraciət etsək də, təəssüf ki, bizim müraciətmiz olduğu kimi də cavabsız qalmaqdadır. Ən maraqlısı odur ki, evlərin zirzəmisinə dolan bu çirkab sular sakinləri az qala öz mənzillərini  tərk etmək problemi ilə üz-üzə qoyub.

 

                 Çirkab suları binaya axır

 

   Şikayətçinin dediyinə görə, "neçə illər ərzində yaxınlıqdakı anbardan daşan su birbaşa yaxınlıqdakı binaların zirzəmisinə dolurdu. İndi sakinləri daha çox narahat edən zirzəmidəki sulardır ki, buna da sahib çıxıb təmizləyən yoxdur.

 

 

           Saray qəsəbəsi kanalizasiya sularına qərq olub 

 

   Digər bir şikayətçinin sözlərinə görə isə "Saray qəsəbəsi, köhnə üzümçülük ərazisində salınan yeni yaşayış massividir. Sakinlər bir neçə il bundan əvvəl bu torpaqları qanuni şəkildə alıb, özləri üçün fərdi yaşayış evləri tikiblər. Lakin 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də massivin kanalizasiya xətti həll olunmadan qalır. Sakinlər bu problemindən xeyli əziyyət çəkirlər. Ərazidəki evlərin kanalizasiyası əvvəllər bu kanala axıdılırdısa, kanalda aparılan təmir işlərindən sonra çirkab sular küçələrə axıdılır. Problemin həll yolunu yeni kanallar qazdıqmaqda görən sükinlərin sözlərinə görə sonradan dolub-daşan çirkab sular ərazini bürüyb. Hətta yaxınlıqdakı evləri təhlükə altında qoyub".

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam