Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Qusarda sel körpünü uçurub

selBu  günün ikinci yarısında yağan şiddətli leysan yağışlarının Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törətdiyi bildirilir.

Xeberinfo.com:   Bu haqda Qusar rayon fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov məlumat verib

Ş. Fərəməzovun deməsinə görə, dağlardan gələn sel suları Kuzun kəndində 20-dən çox evin içinə dolub. Selin təsirindən bəzi evlərin divarları uçub.

Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alanların olmadığı bildirilir.
Ş. Fərəməzovun deməsinə görə, dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüblər.

O, bildirib ki, 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb.Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub.

Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axınının davam etdiyi bildirilir.

Bir qədər əvvəl aramsız yağan yağışlardan Şamaxı, İsmayıllı, Göyçay və daha bir neçə rayonda da körpülər uçmuş, bir sıra kəndlərlə əlaqə kəsilmişdi. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam