Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İnşaat bazarında sement təhlükəsi

sementAzərbaycanda saxta sement istehsal edib, bazara çıxaran sahibkarların kimliyi məlum olub.

Xeberinfo.com:   Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun verdiyi məlumata görə, birlik son bir ayda daxil olan müraciətlər əsasında sement bazarında vəziyyətlə bağlı monitorinq aparıb: “Araşdırma zamanı məlum olub ki, bir neçə fiziki şəxs və şirkətlər sertifikatı və laboratoriya nəzarəti olmadan bazarda məşhur olan müxtəlif semet markalarının saxtasını istehsal edir. Bunlar əsasən “Qaradağ AA” “Universal” sementləridir. Bu məhsullar daha çox rayonlarda satılır. Qanuni yolla istehsal olunan markalar şəhər və onun ətraf rayonlarında, həmin məhsulların saxtaları isə uzaq bölgələrin inşaat bazarına çıxarılır”.

E.Hüseynov qeyd edib ki, saxta sement əsasən Xaçmaz, Quba, Qusar, Qəbələ, Zaqatala, Balakən, Şəki, Oğuz rayonlarının inşaat bazarını zəbt edib: “Biz həmin rayonların icra hakimiyyətlərinə məktub göndərdik. Müraciət etdik ki, qanunsuz sahibkarlığı aradan qaldırmağa köməklik etsinlər. “Garant İnşaat Sənaye” MMC-nin “Universal” adlı markası var. Həmin sementin saxtası “Qaradağ AA” “Universal” adı altında Anar Ağayev adlı fiziki şəxs tərəfindən istehsal edilib, bazarlara çıxarılır. Bununla bağlı “Garant İnşaat Sənaye” MMC məhkəməyə müraciət edib. Məhkəmə həmin sementin satışına qadağa qoyub. Bundan sonra isə bütün təşkilatlara, aidiyyəti qurumlara və hüquq mühafizə orqanlarına müraciət olunub ki, bu sement markasının satışına məhkəmə qadağa qərarı verib. Amma buna baxmayaraq yenə də həmin sementlər inşaat bazarında satılır. Bir rayonda qadağan olunur, başqa bir rayonda satışa çıxarılır”.

E.Hüseynov vurğulayıb ki, haqqında məhkəmə qərarı olmasına baxmayaraq, A.Ağayev həmçinin “Norm” adlı məhşur sementin də saxtasını istehsal etməyə başlayıb: “Bunların qarşısı alınmalıdır. Yoxsa tikinti bazarında təhlükələrin sayı artacaq”. ( AzNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam