Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var

"Terrorçu İŞİD qruplaşması Suriya və İraqdan kənarda fəaliyyətdə olan 6 silahlı dəstə yaradıb".

Xeberinfo.com:  Məlumata görə, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin "İŞİD və Amerika siyasəti" adlı hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, İŞİD Afrika və Yaxın Şərqdə, eləcə də Əfqanıstanda fəaliyyətdə olan 6 silahlı birləşmə yaradıb: "İŞİD zəifləmək əvəzinə, dünyada metastaz verib. Onun təfrdarları Liviya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Yəmən və Əfqanıstanda fəlaiyyət göstərir. Onun 6 qeyri-nizami ordusu üç qitədə,- hələ Avropa və ABŞ-dakı müxtəlif özəklərindən danışmırıq,- fəaliyyətini davam etdirməkdədir. Onların özəyi qeyri-adi deyil. Təlim bazası, "Hava-hava" tipli raketləri, tank-əleyhinə silahlları, yüzlərlə, bəlkə də minlərlə döyüşçüsü ilə əsaslı ordudur."

Xatırladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Senatda çıxışında Suriya və İraqda 18-22 min İŞİD silahlısının olduğunu söyləmişdi. Onun sözlərinə görə, bu qruplaşmanın Liviyada 5-8 min, Nigeriyada 7 minə yaxın, Yəmən, Misir, Əfqanıstan və Pakistanda - hər birində yüzlərlə silahlısı mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam