Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ən çox hansı marka maşın satılır?- STATİSTİKA

789

Alış azalsa da, ölkənin avtomobil zövqü dəyişmir

Xeberinfo.com:   Ötən il Azərbaycanda yenə «Hyundai» və istər orta, istərsə zəngin təbəqənin xoşladığı «Mercedes»ə üstünlük verilib. 2015-ci ildə ölkədə 3 min 516 ədəd «Hyundai» və 3 min 321 ədəd «Mercedes» satılıb. Bu məlumatı Dövlət Statistika Komitəsindən (DSK-dan) Azadlıq Radiosu-na veriblər.

İllik satışı min rəqəmini aşmayan avtomobillər

«Hyundai» və «Mercedes» digər rəqiblərini çox böyük «sürətlə» arxada qoyublar. Ən çox satılan avtomobillərin beşliyinə «Toyota» (1774), «KİA» (1686) və «BMW» (1037) də düşüb.
Başqa avtomobil markalarının illik satışları min rəqəmini aşmayıb. «Nissan» (989), «Wolkswagen» (812), «Audi» və «Ford» (hər biri – 804), eləcə də «Opel» (791) ilk onluğu qapayır.
Bahalı minik avtomobilləri seqmentində də satışlar azalıb. Ötən il «Jaguar»ın satışı (30) 2014-cü il göstəricisindən cəmi 4 ədəd az olub. 2015-ci ildə 595 ədəd «Land Rover» (inişil – 911 ədəd), 379 «Lexus» (930) və 177 «Porsche» (263) satılıb.

Bahalı markaların satış sayı açıqlanmır

«Bentley», «Lamborghini», «Ferrari» və qiyməti 1 milyon manat civarındakı başqa avtomobillərin satış statistikası açıqlanmır.
DSK-nın AzadlıqRadiosu-na verdiyi məlumata görə, bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı 1 milyon 130 minə yaxınlaşıb. Hər 5-ci avtomobil (192 min 685 ədəd) «Mercedes»dir. Onun ardınca «Hyundai», «Toyota» və «Opel» gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam