Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Gədəbəydə güclü leysan - 26 kəndlə əlaqə kəsilib (VİDEO)

Ötən gün təqribən saat 19:30-dan Gədəbəyə yağan leysanın dolu ilə müşayiət edilməsi rayonda ciddi fəsadlara yol açıb.

 

Xeberinfo.com:   Region TV-yə istinadən xəbərə görə, Novo-Saratovka-Qaravəllər kəndlərarası yolu tamamilə sıradan çıxıb, 7 körpü tam dağılıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. 

Axıncaçaydan atla keçən Hüseynqulular kənd sakini 32 yaşlı Osman Rzayevi sel aparıb və onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.



Leysan Şınıx bölgəsinin inzibati ərazinə daxil olan 26 kəndlə əlaqəni kəsib. 5 kəndin elektrik ererjisi ilə təminatı tamamilə dayanıb. 1000 ha əkin sahəsinə ziyan dəyib.

Rayonun Hacılar və Çayrəsullu kəndlərində 5 ev qəzalı vəziyyətə düşüb. Mülki şəxslərə məxsus 60 baş xırda, 4 baş iribuynuzlu heyvanı, eləcə də 2 minik avtomobilini sel aparıb.

 

Sakinlərin sözlərinə görə, ötən günkü kimi təbii fəlakət rayon ərazisində müşahidə edilməyib. Leysan, dolu və selin fəsadlarını aradan qaldırmaq üçün 20 ağır texnika və canlı qüvvə səfərbər olunub. Kəndlərlə əlaqəni bərpa etmək üçün rayonun Başkənd kəndinə gedən körpüdə yaranan qəzalı vəziyyət aradan qaldırılır.

Dəyən ziyanın hesablanması istiqamətində tədbirlər görülür.

 

 

 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam