Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Anar Məmmədov gömrükdə 200 min 200 manat cərimələnib

anar_memmedov-zOnun özünə məxsus ağ rəngli «Porşe» avtomobilini ölkəyə 2 ildən sonra qaytarması bu cərimə ilə nəticələnib, hətta nazir atasının zəngi də onu bu cərimədən xilas edə bilməyib…

Xeberinfo.com:  Söhbət nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 2014-cü ildə Azərbaycanın «Qırmızı Körpü» Gömrük-Keçid Məntəqəsində 200 min 200 manat gömrük cəriməsinə cəlb olunmasından gedir.

Mənbə yazır ki, «…Anar Məmmədov 2012-ci ildə şəxsi «Rorşe» avtomobili ilə adı çəkilən postu keçərək qeydiyyata alınır… Sənədlərşmə zamanı bir daha onun diqqətinə çatdırılır ki, onun bu bahalı, Azərbaycanda qeydiyyatda olan avtomobili 3 ay ərzində ölkəyə qayıtmalıdır. Gömrük qaydaları ilə bilgiləndiriləndən sonra Anar Məmmədov özünün bildirdiyinə görə, Türkiyəyə istiqamət götürür… Lakin kompüterdə 3 aydan sonra həmin avtomobilə dair qırmızı xətt qoyulur. Yalnız 2 ildən sonra, yəni 2014-cü ildə həmin avtomobil TİR-lə Azərbaycana gətirilir… Gömrük yoxlamaları zamanı məlum olur ki, bu avtomobil 1 il 9 aydır ki, axtarışa verilib, gəlişi gözlənilir. Beləcə, avtomobilin sahibi 200 min 200 manat cərimələnir və cərimə mərkəzi informasiya bazasına vurulur. Bundan xəbər tutan Anar Məmmədov dərhal atası, nazir Ziya Məmmədova məlumat verir. Ziya Məmmədov Gömrük Komitəsindəki «lazımi» şəxsə zəng vurur, lakin araşdırılarkən məlum olur ki, məlumat artıq bazaya yerləşdirilib, cərimə ödənilməlidir… Bir gün sonra Anar Məmmədovun adından 200 min 200 manat cərimə ödənilir və ağ rəngli «Porşe» avtomobili «Qırmızı Körpü» Gömrük-Keçid Məntəqəsinin saxlancından götürülür…”

Məsələ ilə bağlı Anar Məmmədovun bizə təqdim edilən telefonuna zəng vursaq da, cavab verən olmadı.
Onun da mövqeyini təqdim etməyə hazırıq. (tezadlar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam