Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Akif Çovdarov məşhur qadın müğənninin evini əlindən alıb

Akif Çovdarov məşhur qadın müğənninin evini əlindən alıb

Odioz generalın daha bir ilginc əməli - iş adamını qızının toyundan oğurlatdırıb, yarım milyonunu mənimsəyib 

 

Xeberinfo.com:   Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN)  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kriminal əməlləri haqda məlumatların sayı-hesabı itib. Hazırda həbsdə olan A.Çovdarovun daha bir əməli haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. 
A.Çovdarovun Bakıda bir çox iş adamlarını sənədsiz-sübutsuz MTN-ə, özünün nəzarəti altında olan ünvanlara apartdıraraq orada qanunsuz olaraq saxlaması, külli miqdarda pul qopararaq azad etməsi haqda dəfələrlə yazılıb. Belə ünvanlardan biri Bakının mərkəzi hissələrindən birində, Həsən Əliyev küçəsindədir. Qaynağımız bildirib ki, 7 mərtəbəli  bina A.Çovdarovun “krışa”lıq etdiyi tikinti şirkətinin ofisidir. Həmin ofisin 2 mərtəbəsi yerin altındadır və zirzəmidə iş adamlarının saxlanılması, döyülməsi, qorxudulması halları olub. Bir neçə il əvvəl həmin ofisin zirzəmisinə Vaqif adlı şəmkirli iş adamı aparılıb. 
Vaqif Bakıda tikinti biznesi ilə məşğul olurmuş. Mənbəmiz iddia edir ki, onu  Şəmkirdəki “Həyat” restoranından qızının toy mərasimindən çölə çağıran Çovdarovun adamları başına torba keçirib Bakıya, həmin ofisin zirzəmisinə gətiriblər. Vaqif sonradan yarım milyon manatın müqabilində girovluqdan azad edilib. 
Redaksiyamıza daxil olan xəbərə görə, odioz generalın qanunsuzluqları ilə üz-üzə qalanlar sırasında sənət adamları da olub. Məlumata görə, məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Müğənniyə deyiblər ki, onu MTN-dən buraxılması üçün Familin dostu xahiş edib. Buna görə də azad ediləndən sonra “Edem” restoranına gedərək orada həmin şəxsin ayağına düşüb onlardan üzr istəməlidir. Deməlidir ki, münasibətlərinin korlanmasına görə özünü suçlu bilir. Xanım müğənni şərti qəbul edəndən sonra azad ediblər və birbaşa “Edem” restoranına aparıb diz çökdürüblər.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar. 
 
Redaksiyamıza A.Çovdarovun şərikləri haqda məlumatlar daxil olub. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik. A.Çovdarovun həbsindən sonra isə Famil və onun şəriki ölkəni tərk ediblər. Xanım müğənninin Bakıda olduğu, ara-sıra bir vaxtlar onu diz çökdürən sponsoru ilə görüşmək üçün xaricə getdiyi bildirilir. Həmin xanım müğənninin kimliyi haqda da redaksiyamızda dəqiq bilgi var. Müəyyən səbəblərdən onun adını hələlik yazmırıq. Amma sözügedən sənətçi “Yeni Müsavat”a açıqlama vermək istəsə, mövqeyini dərc etməyə hazırıq. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam