Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

DƏHŞƏTLİ STATİSTİKA - Özünə sui-qəsdlər artır: 1030 nəfər

OZUNEQESD

 

“Son iki ay ərzində ölkədə ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 müraciət daxil olub”.

 

Xeberinfo.com:  Bu haqda Gununsesi.info-ya Kliniki Tibbi Mərkəzdən məlumat verib. Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər maqsudov bildirib ki, ötən ay ərzində ilan sancması ilə bağlı mərkəzə 9 müraciət daxil olub. Onun sözlərinə görə, ilan sancanlardan 6-sı xəstəxanaya yerləşdirilsə də, ölüm halı qeydə alınmayıb: “İlansancma halları Bakıətrafı kəndlərdə, Saatlı və Sabirabadda qeydə alınıb. Xəstəxanaya yerləşdirilən 6 nəfərdən 4-ü qadın, 2-si isə kişidir”. Mərkəzdən bildirilib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə ötən il 2462 xəstə qəbul olunub. Azər Maqsudov deyib ki, xəstələr arasında qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib. Daxil olan xəstələrin əsas qrupu “dərman zəhərlənməsi” diaqnozu ilə qəbul edilənlərdir. Onların sayı 823 nəfər olub. “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər, “yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər təşkil edib. Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar. Xəstəxanaya qəbul edilmiş 15 yaşına kimi uşaqların sayı 419 nəfər olub”.

A. Maqsudov qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ kömək göstərməkdən ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam