Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

171 nömrəli orta məktəbin biznesmen direktoru

 

İradə Murquzovanın yerinə təyin olunan Telman Qardaşov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu özü də etiraf edir

 

Xeberinfo.com:   Bakı şəhəri, Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 nömrəli orta məktəbin başı üzərindən qara buludlar çəkilmək bilmir. Xatırladaq ki, bir müddət öncə bu məktəblə bağlı qalmaqallı məsələ ortalığa çıxmış və uzun müddət mətbuatda müzakirə olunmuşdu. Belə ki, məktəbin keçmiş direktoru İradə Murquzova bir qrup müəllimin adına bankdan kredit götürərək həmin vəsaiti onların özünə ödətdirmişdi. Bu məsələ ictimailəşdikdən sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi İradə Murquzovanın işdən çıxarılması barədə rəsmi açıqlama yaydı.

Həmin direktor müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib: "Kütləvi informasiya vəsitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi”nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaranıb. Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına "Bank of Baku”dan 4000 (dörd min) manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib. Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib».



Gundelik-baku.com-a verilən məlumatlara görə, bir neçə ay əvvəl İradə Murquzovanın yerinə təyinat olub. Belə ki, Qardaşov Telman Balasən oğlu direktor vəzifəsinə təyin edilib. O bundan əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbə rəhbərlik edib. Bizə çatan məlumatlarda qeyd olunur ki, Telman Qardaşov köhnə direktorun yaratdığı problemləri aradan qaldırmaq, məktəbdə təhsilin keyfiyyətini yüksəltmək əvəzinə, əksinə daha ciddi problemlərin yaranmasına rəvac verir: «Telman müəllimin gəlişindən sonra məktəbdə heç bir dəyişiklik baş verməyib. Direktor hələ ki, kollektivlə normal münasibət qura bilməyib. Müəllimlərin yetərli hissəsi onun idarəçiliyindən narazıdır. Məktəb rəhbəri işinin öhdəsindən lazımi səviyyədə gələn bəzi müəllimlərə qarşı təzyiqlər göstərir. Deyilənə görə, bu adam 275 nömrəli məktəbin direktoru vəzifəsindən xaric ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olub. Onun Yeni Günəşli qəsəbəsində mobil telefon dükanı, həmçinin parfümeriya mağazası fəaliyyət göstərir. Bildirilir ki, Qardaşov bu obyektləri 275 nömrəli orta məktəbə rəhbərlik edərkən tikdirib. Bundan başqa, onun sözügedən qəsəbədə dəbdəbəli villası var. Maraqlıdır, direktor maaşı ilə bütün bunları etmək mümkündürmü?». Səsləndirilən fikirlərə aydınlıq gətirmək üçün 171 nömrəli orta məktəbin direktoru Telman Qardaşovla əlaqə saxladıq. O orta məktəbi və universtieti əla qiymətlərlə başa vurduğunu deyərək bir neçə dəfə mükafatlara layiq görüldüyünü vurğuladı: «Bəli biznesim var. Həmin biznesi qəpik-qəpik yığmaqla əldə etmişəm. Fəxr edirəm ki, dövlətə vergi vermişəm. O ki qaldı villa məsələsinə, iki mərtəbəli evim var. Həmin həyətdə oğlum özünə başqa bir ev də tikdirib». Telman müəllim təbii ki, özünə haqq qazandırmağa çalışacaq. Amma faktlar başqa mətləblərdən xəbər verir. Növbəti yazıda Telman Qardaşovun obyektlərinin və villasının şəkillərini yayımlayacağıq. Onda baxıb özünüz qiymət verərsiniz ki, direktorun yaşadığı villadır, yoxsa sadə ev. İnanmaq istərdik ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi direktorla bağlı səsləndirilən ittihamları araşdırıb müvafiq tədbir görəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam