Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bundestaqın “erməni qətnaməsi”nin qəbul edilməsi tarixi faktlara deyil, ideoloji əsaslara dayanır

 

Almaniya-Türkiyə münasibətlərinə köklü şəkildə təsir edəcək bu qətnamə layihəsi türk dünyasının gedərək artan gücünün qarşısını almaq üçün atılmış addımdır.

Xeberinfo.com:   Qondarma erməni soyqırımının tanınması haqqında qətnamə qəbul edən ölkələrin siyahısına baxdıqda, bu cür qətnamələrin qəbul edilməsinin İslamafobiya siyasətinin tərkib hissəsi olduğunu görürük. İslam dünyasında ən böyük nüfuza malik ölkələrdən biri olan Türkiyəyə qarşı aparılan antikampaniya ilə müsəlman dünyasının ən önəmli dayaqlarından birinin sarsıdılması hədəflənir.

 

Bəs qondarma erməni soyqırımı haqqında qətnamə layihəsi qəbul edən Almaniya tarixdə, əsasən, nə ilə yadda qalıb? Təbii ki, kütləvi soyqırım törətməklə. Almaniya soyqırımlar törətmək üzrə dünya tarixində “şöhrət” qazanmış ölkələrin başında gəlir. 20-ci əsrin əvvəllərində tarixçilər tərəfindən bir fakt kimi qəbul ediən və onların “20-ci əsirinin ilk soyqırımı” adlandırdıqları herero, namakva (hottentot) qəbilələrinə qarşı etnik təmizləmə siyasətini həyata keçirmiş Almaniya özü tarix qarşısında cavab verməlidir. Belə ki, hələ Holokost, Osvensimdən əvvəl, alman imperatoru II Vilhelmin dövründə 1904-1908-ci illərdə general-leytenant Lotar fon Tortun başçılıq etdiyi alman ordusu indiki Namibiya ərazisində yaşamış herero qəbiləsindən 65-80 min, habelə namakva qəbiləsindən isə 10-20 min nəfər soyqırıma məruz qalıb. Almaniya unudur ki, BMT 1948-ci ildə hereroların məhv edilməsini soyqırımı kimi təsnif edib. II Dünya müharibəsi zamanı da alman faşistlərinin 26 milyon insanı vəhşicəsinə qətlə yetirməsi tarixi faktlarla təsdiq olunmuşdur. Almanlar tərəfindən soyqırımına məruz qalanların  6 milyonu Yəhudi, 750 minə qədəri qaraçı, qalan qisimi isə Polşa, Ukrayna, Rusiya, Yuqoslaviya kimi ölkələrdə yaşayan slavyanlar olub. Almaniya bundestaqının bunları unudaraq heç bir tarixi faktlara əsaslanmayan bir qətnamə layihəsini qəbul etməsi ədalətdən çox uzaqdır. Ancaq təəssüf ki, əksər Avropa ölkələri kimi Almaniya da ədalət prinsipləri ilə deyil, ideoloji əsaslara dayanaraq bu qərəzli qətnaməni qəbul etmişdir.

 

Qondarma soyqırımını tanıyan digər Avropa ölkələri də həyata keçirdikləri soyqırımlara görə Almaniyadan heç nə ilə geri qalmırlar. Çox da uzaq olmayan keçmişdə Fransa və İngiltərənin təkcə Əlcazair və Hindistanda törətdiyi soyqırımlar nəticəsində  milyondan çox insan həyatını itirmişdir. Bu soyqırmları törədən ölkələr isə etdiklərinə görə üzr istəməyə belə lüzum görmədilər.

 

Bu gün Qərbin ikili standartlarından əziyyət çəkən ölkə  təkcə qardaş Türkiyə deyil. İslam coğrafiyasında yaşanan bütün zülm və qətliamlara Qərb hər zaman ikili standartlarla yanaşmışdır. Azərbaycan xalqına qarşı törədilmiş  Xocalı soyqırımı da bütün dəlilləri ilə dünyaya göstərilməsinə baxmayaraq,  Qərbin ikili standanartlı yanaşmaları nəticəsində  soyqırımı kimi tanınmamışdır.

 

İslam dünyasına qarşı aparılan ideoloji mübarizədə Azərbaycan və qardaş ölkəTürkiyə öz mübarizliyini və cəsarətini hər zaman göstərmişdir. Türkiyəyə yönləndirilən  istənilən ədalətsiz yanaşmada həm Azərbaycan xalqı, həmdə dövlətimiz qardaşının yanında olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın daima qardaş Türkiyənin yanında olacağını öz çıxışlarında dəfələrlə bəyan etmişdir. 

 

Bu gün cəmiyyətinmizin istənilən təbəqəsi qəbul edilən qondarma erməni soyqırımı qətnamələrinə etiraz və qınaqlarını bildirir. Çox istəyərdik ki, bu cür hadisələr sadəcə qınamaqla kifayətlənməsin, məsələnin həlli yolları da göstərilsin və bu istiqamətdə addımlar atılsın. 

 

Bütün proseslər Türk-İslam dünyasının birləşməsininin zəruriliyini bir daha göstərir. Dünyada, xüsusilə, İslam coğrafiyasında baş verən ədalətsizliklərin sona çatması üçün müasir, elmə, incəsənətə, keyfiyyətə üstünlük verən, ədaləti, mərhəməti və sevgini əsas alan Türk İslam Birliyinin qurulması istiqamətində ciddi şəkildə fəaliyyətə başlanılmalıdır.

 

Ramiq Vəliyev

 

"Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyi 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam