Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Bu, Bundestaqın vəzifəsi deyil”

Bettina Kudla: Bu məsələnin dəyərləndirilməsində məsuliyyət Türkiyənin üzərinə düşür

Xeberinfo.com:  Bettina Kudla Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamənin əleyhinə səs verən yeganə deputatdır.
“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, o, Almaniya Xristian Demokrat Birlik Partiyasının üzvüdür.
B.Kudla bildirib ki, Bundestaqın Almaniya xaricində olan ölkələrdə baş verən tarixi hadisələrə qiymət vermək haqqı yoxdur: “Başqa ölkələrdə baş vermiş tarixi hadisələri dəyərləndirmək Bundestaqın vəzifəsi deyil. Odur ki, bu məsələnin dəyərləndirilməsində məsuliyyət Türkiyənin üzərinə düşür”.

Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul edib. Qətnaməni parlamentə deputatları çoxluq təşkil edən qrup – Almaniya kansleri Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də “Yaşıllar” Partiyası təqdim edib.
Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması əks olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam