Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

XİLQƏT ARDINCA

 

 

Xeberinfo.com:  Xalqımızın deyimlərindən: ”Quyu qazan dərin qaz, gen qaz özün düşəsən”.  

Yaşadığımız binanın həyətindəki kiçik parkda əyləşib təqaüdçü həmyaşıdlarımla söhbət edirdim. Parkın qarşısından bir minik avtomobili keçə biləcək dar küçəynən körpələri ilə bərabər bir gəlin gedirdi. Körpəsinin biri qucağında, ikincisi uşaq arabasında, üçüncüsi isə onunla bərabər addımlayırdı. Ürəyimdə həmin gəlinə əhsən dedim. Həmin körpələrin sağ-salamat böyüyüb gələcəkdə biz qocaları əvəz etməsi barədə düşünürdüm. Həmin körpələrin sağlam inkişaf etməsi üçün tüstüsüz təmiz səma, günəşli gün,  Tanrının yaratdığı  insan üçün vacib olan təbiətin florası və faunası həmişə maraq dairəmdə olub. Gəncliyimdə vaxtaşırı  yaşayışımızla əlaqədar olaraq bu kimi mənzərəli yerlərdə faydalı işlərin yerinə yetirilməsində iştirak etməm mənə bu gün cox hadisələri, yerləri xatırladır. Çox təəssüf ki, insanın inkişafı üçün həmin görüntülər, şərtlər bu günümüzdə böyük təhlükə qarşısındadır. 

İnsanın yaşaması üçün ərzaq məhsulları ilə yanaşı əsaslı həyat əhəmiyyəti daşıyan elektrik enerjisidir. Elektrik enerjisi isə əsas üç mənbə hesabına əldə olunur ki, bu da su elektrik stansiyaları, istilik elektrik stansiyaları, atom elektrik stansiyalarıdır. Su elektrik stansiyalarının təhlükəsi ondan ibarətdir ki, ərazidə əmələ gələn dərya hesabına nəmişlik yaranır, torpaq ərazisi və varsa meşə ərazisi də su altında qalır. Məsələn, Şəmkir SES işə salınandan sonra Kür çayının suyu qalxaraq Tovuz bölgəsinin Kür sahilindəki Şavadın meşəsi  suyun altında qaldığından həmin bölgənin əhalisinin  bu sahədən faydalanmağı (vəhşi qban-quş ovu, camışçılğın inkişafı və s.) mümkünsüzləşib. Həmin ərazidə fauna və flora ömürlük sıradan çıxıb. İstilik hesabına işləyən elektrik stansiyalarında qiymətli təbii yanacaq növləri -kömür, qaz israf olunur ki, bu da havanı çirkləndirir. Atom elektrik stansiyaları isə daha təhlükəlidir. Həmin stansiyaların işə salınmasına nə qədər xərc çəkilirsə istismar müddəti başa çatandan sonra söndürülməsi üçün  ondan çox həcmdə də xərc tələb edilir. Zəlzələ baş verən ərazilərdə bu stansiyalar daha təhlükəli olur.

“Xeberinfo.com” (17.05.2016-cı il): “Ermənistan regionda  böyük təhlükə mənbəyidir”. Gürcüstan Qafqaz Strateji Tədqiqatlar İnstitutunun prorektoru Simon Koradze vurğulayıb ki, Metsamor AES-nın bağlanılmasının 5 (beş) milyard dollar, bəzən bundan daha çox tələb edildiyi iddia olunur. Hesab edirəm ki, təkcə MAQATE deyil, bütün beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalıdır. Metsamor AES-nın bağlanılması üçün səylər artırılmalı, ciddi tədbir görülməlidir.

Qısaca bir sıra faktlarla ermənilərin hansı xilqətin, xislətin sahibi olduqlarını oxucuların nəzərinə çatdırmaq istəyirəm.  Onlar terrorçuluğu özlərinə sənət seçmişlər. 1973-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində ”Erməni gizli ordusu”-(ASOA), “Ermənistanı azadetmə erməni gizli ordusu”- (ASALA), “Erməni azadlıq hərəkatı”- (AOD), ”Erməni gənclər birliyi” və digər adlar altında 15-dən çox erməni terror təşklatları yaradılmışdır. Bu təşkilatların əsas məqsədləri “Böyük Ermənistan” yaradılması və dünya dövlətlərini terror təhlükəsi qarşısında qoymaq olmuşdur.

Ermənilərin gen kodlarının şikəst və xəstə olmasını öz politoqları da təsdiq edir. Məsələn politoloq E.Zolyan yazır ki, XXI əsr Ermənistan üçün faciələrdən başqa bir şey gətirmədi. Artıq “... bizim uşaqları “terrorçu”- deyib, nişan verirlər.  (Bax “Sovetskaya Rossiya qəzeti.M. 2010,Vİ.2).

Ermənilər əllərindəki “SKAD” raketləri, Bakı-Ceyhan neft kəmərinə zərbə endirəcəkləri və Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın Ermənistanın nüvə silahına keçən əsrin 70-ci illərindən sahib olması və Ermənistanın nüvə potensialının MAQATE-nin nəzarətində olması ilə (“XEBERİNFO.COM” 26.05.2016-cı il) Azərbaycanı hədələyən Ermənistanın baş bilənləri ağıllarını o qədər itirmişlər ki, istismar müddətini çoxdan bitirmiş, Yerevanın 40 km-də yerləşən Metsamor AES-də  qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud olmadığından  2-ci Çernobıl aqibətinin baş verəcəyini və həmin faciəni yaşayacaqlarını unudublar. Baqratyanlar anlamırlar ki, Azərbaycan da yatmayıb. Qərbdə və şərqdə, şimalda və cənubda, Azərbaycanın ətrafında baş verən iqtisadi və siyasi hadisələrin hamısı və Azərbaycan prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti tərəfindən 2015-ci ildə “DÜNYADA İLİN ADAMI” seçilən İlham Əliyevin nəzarəti altındadır. 

Dəfələrlə səlahiyyətli dövlətlərin başçıları tərəfindən Metsamor atom elektrik stansiyasının fəaliyyətinin dayandırılmasını tələb etsələr də deyilənləri eşitmirlər. Kimyəvi silahlardan Azərbaycan əhalisinə qarşı istifadə olunur. Gürcüstan sərhəddində radiyasiyalı materialların alış-verişi ilə   məşğul olan ermənilər yaxalanırlar.

Atom elektrik stansiyalarının nə qədər təhlükəli olduğu haqqında məlumatlar demək olar ki, saytlarda öz əksini geniş surətdə tapır. Məsələn, 23.05.2016-cı il tarixdə “Xeberinfo.com” yayımlayır ki, Yaponiyada olan 57 atom elektrik stansiyalarından ikisi, yaxud üçü fəaliyyət göstərir.

Ən müasir texnologiya Qərbdə almanlarda, Şərqdə isə yaponlardadır.Əgər insan yaşayışı üçün AES-lər münasibdirsə, yxud insan sağlamlığına təhlükə törətmirsə yaponlar nə üçün ondan istifadəyə son qoyur və istismardan çıxarırlar? 

AES-lər  haqqında saytlarda səhih məlumatlar gedir. “Metsamor AES terrorçular üçün əlçatandır. Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddətini bitirmiş olmasına baxmayaraq, fəaliyyətlərini davam etdirən AES-lər. Ermənistandakı Metsamor AES böyük bir bir ərazi üçün çirklənmə mənbəidir” kimi məlumat çatdıran  “Xeberinfo.com”(25.05.2016-cı il) xəbər verir: APA-nın Moskva müxbirinə açıqlamasında “Greepeace Rusiya” təşkilatının enerji layihəsinin kordinatoru , enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib ki, Metsamor AES vaxtı ilə zəlzələyə müqavimət göstərib: “ Yəni layihə artıq köhnəlib və tələblərə cavab vermir.  Metsamor AES-də qoruyucu üzlük standartlara uyğun təhlükəsizlik  sistemi mövcud deyil”.

R.Alimov  Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların regiona diqqətinin artdığını da əlavə edib: “Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəy kimi, həm də terrorçular üçün əlçatandır”. 

FEMİDA.az (17.05.2016): “Metsamor AES-in dünyaya yaratdığı ən ciddi təhlükələrdən biri onun qaçaqmalçılığı üçün mənbə rolunu oynamasıdır”.

Həmin saytın məlumatlarını izlədikdə məlum olur ki, Sovetlər birliyi çökəndən bu günə kimi ermənilər radioaktiv materialların qaçaqmalçılığı ilə məşğuldurlar. Ən böyük dəhşət!!!

Bir vətəndaş olaraq yuxarıda qeyd edilən təhlükələrdən  nəticə çıxarıb təkliflərimi verirəm:

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeydi-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə  qısa fasilələrlə qəbul edilmiş 822,853,874 və 884 saylı qətnamələrinə  və bütünlüklə Cənubi Qafqaza açıq aşkar böyük təhlükə mənbəyinə  çevrilmiş , qaçaqmalçılıq üçün mənbə rolunu oynayan Metsamor AES fəaliyyətinin dayandırılması üçün Yer kürəsində qüdrətli dövlətlərin çağırışlarına məhəl  qoymayan Ermənistanın BMT-nin üzvülüyündə qaılıb-qalmaması məsələsi səsə qoyulsun;

Azərbaycan dövlətinin ərazisində atom elektrik stansiyasının qurulmasına yol verilməsin; 

Respublikanın elektrik enerjisinə tələbatını tam ödəmək üçün küləklə işləyib el. enerjisi hasil  edən və günəş şüalarını el.enerjisinə çevirən qurğuların inkişafına üstünlük verilsin.          

 

Quliyev Elxan Sarı o.                                          

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam