Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

REKTORUN EVİNƏ BASQIN: Yoldaşını döyüb, külli miqdarda pulunu apardılar

basqinsdjjsdhcuhBakıda yaşayış evinə basqın olub.

Xeberinfo.com:   Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

***

dunyamin yunGununsesi.info saytı xəbər verir ki, qarət olunan bu ev Dövlət Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusovun evidir. Zəridə Yunusovaisə onun həyat yoldaşıdır. Məlumata görə, evə daxil olan oğrular rektor əvəzinin həyat yoldaşı Zəridə Yunusovanın əl və ayaqlarını iplə bağlayaraq döyüb. Daha sonra onlar mənzildən 65 000 manat pul və 15 000 manat dəyərində qızıl əşyalar aparıb.

Qarət olunan məzilə yolanan saytın əməkdaşı zərərçəkənlə söhbət etmək istəsə də, buna nail ola bilməyib. Zərərçəkənin qonşusu Yusif Nurullayevin sözlərinə görə, hadisə ötən gün səhər saat 11 radələrində baş verib. 249 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyən Zəridə xanım dərsdən evə qayıdanda oğruların hücumuna məruz qalıb. Daha sonra özünə gələn Zəridə Yunusova Xətai rayon polis şöbəsinə məlumat verib. Mənzilə baxış keçirən istintaq qrupu oradan barmaq izləri götürüblər. Aparılmış əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə saxlanılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam