Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“ABŞ hərbçiləri Azərbaycanda birgə təlimlərdə iştirak edə bilər”

Bu gün Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodces Bakı səfərinin yekunları ilə bağlı brifinq keçirib.

Xeberinfo.com:  General səfərinin tanışlıq xarakteri daşıdığını bildirib. Onu Oklohoma Milli Qvardiyasının generalı Tomson müşayiət edib.

“ABŞ və Azərbaycan uzun illərdir hərbi sahədə birgə fəaliyyət göstərir. Bizim əsgərlər Əfqanıstanda çiyin-çiyinə qulluq edir. Buna görə ilk öncə Azərbaycan rəsmilərinə təşəkkürümü bildirmək istərdim”, general qeyd edib.

General Tomson isə bildirib ki, ABŞ uzun illər Azərbaycan hərbi qüvvələri ilə birgə əməkdaşlıqdan çox məmnundur.

“Biz bundan sonra da daha fəal və məhsuldar əməkdaşlığa ümid edirik”, o qeyd edib.

Ben Hodces Amerikanın Səsi-nin “hazırda ABŞ və Azərbaycan hərbi əməkdaşlığı hansı sahələri əhatə edir. “Azadlığı Müdafiə Aktına” 907-ci düzəliş perspektivdə hərbi əməkdaşlığa mane olurmu?”- sualının cavabında deyib ki, həbri əməkdaşlıq sahəsində bir neçə sahəni xüsusi vurğulamaq istəyir.

“Düşünürəm ki, müəyyən sahələr var ki, bu sahələrdə təkmilləşdirmə işləri aparmaq lazımdır. Amerika və Azərbaycan əsgərləri Əfqanıstanda birgə qulluq edir. Bu yay ərzində Rumıniyada hərbi təlimlər keçirmək planımız var. Azərbaycan hərbçiləri bu təlimlərdə iştirak edəcəklər. Azərbaycanın hərbi sahəsini təmsil edən liderlərlə hərbi sahədə gələcək əməkdaşlıq perspektivləri barədə də danışdıq. Bu il Gürcüstanda “Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr apardıq”.

“ABŞ və Azərbaycan bir vaxtlar Azərbaycanda da birgə təlimlər keçirib. Bu təlimlər bərpa olunacaqmı?”- sualına cavabda Avropa Komandanlığının rəhbəri deyib ki, müzakirələr zamanı Azərbaycanı hərbi sahədə təmsil edən şəxslərə bildirib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak edə bilər.

“Mən də istəyirəm bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”, general Hodces qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam