Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

“Azərbaycanda meşələrin sahəsi 1 milyon hektarı ötüb”

Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib.

Xeberinfo.com:   Bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazirin sözlərinə görə, hazırda müşə sahəsi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artırılıb: "Son 10 il ərzində 100 min hektardan artıq sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 10 milyonlarla ağac əkilib. Yaşıllıqların artırılması sahəsində son 8 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 3776 hektardan artıq ərazidə 5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub".

Nazir qeyd edib ki, bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1850 ha sahədə 1 265 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib: "Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır. Ekoloji məsələləri, o cümlədən yaşıllaşdırma tədbirlərini gündəlik diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev bu il də ənənəvi olaraq Ulu öndər Heydər Əliyevin doğum günündə ağacəkmə kampaniyasında iştirak etmişdir. Ərazisi 12 hektar olan yaşıllıq sahəsində ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limon sərvi, leylandi ağacları əkilib".

Bioloji müxtəlifliyin qorunub saxlanılmasında nəzərəçaracaq sıçrayışa nail olunduğunu deyən nazir bildirib ki, bu sahə fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilib: "Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilib. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri yaradılıb". (“Trend”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam