Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Büdcə vergi və gömrüyün hesabına dolmalıdır”

 

“Azərbaycanda vergi yoxlamalarının sayı azalıb. Vergilər Nazirliyi qarşıya qoyulan vəzifələri icra edib. Sahibkarlarımız dövlətin siyasətini başa düşürlər və vergi yükü kifayət qədər azaldılıb”.

Xeberinfo.com:   “Qafqazinfo xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O, bildirib ki, Azərbaycanda əsasən sahibkarlar vergi yüklərini tam yerinə yetirirlər. Amma bəzi intizamsız vergi ödəyiciləri də var: “Onlar da qanunsuz mərc oyunları, alkoqollu içkilərin satışı ilə məşğul olanlardır. Bəzən deyirlər ki, vergi və gömrüyün hesabına büdcə doldurulur. Bəs necə olmalıdır ki? Büdcə vergi və gömrüyün hesabına dolmalıdır da...

Biz bəzi supermarketlərdə yoxlamalar aparmışıq. Vəziyyət ürəkaçan deyil. Bəzi malların qiyməti dəyişməyib. Hər gün biz qiymətlərə nəzarət edirik. Bəzən deyirlər ki, nazir Fazil Məmmədova düzgün məlumat vermirlər. Amma bu belə deyil. Biz hər gün nazirin qabağına sənədlər qoyuruq. 8 -ci kilometr bazarında hər gün yoxlamalar keçirilir və nəticə nazirə təqdim olunur.

Qiymətlər heç bir halda artmır. Bəzi supermarketlərdə on dəfələrlə dövriyyənin gizlədilməsi halları baş verir. Elə tanınmış market var ki, 40 dəfə dövriyyəsini gizlədib. Bu məndən nə güzəşt istəyir? Deyirlər ki, beş ildir belə işləmişik. Beş il bundan əvvəl Azərbaycanda iqtisadi vəziyyət daha fərqli idi. İndi vəziyyət başqadır. Azərbaycanda kifayət qədər vergi güzəştləri tətbiq olunur”.

Nazir müavini bildirib ki, elə supermarketlər var ki, ƏDV-də güzəşt tətbiq edilməsini istəyir, əks halda marketi bağlayıb camaatı çölə tökəcəklərini bildirirlər: "Yəni dövlətə hədə-qorxu gəlirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam