Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İNAMIN GƏLİŞİ” – 1 YAŞ – 12 SAY

 

    Xeberinfo.com:   (İçsəs)

Bu gün sənin 1 yaşını – 12 sayını kutlayırıq, doğma qəzetimiz “ İnamın Gəlişi”! 37-ilin İşıq ayında (may 2015) ilk sayını kutlayanda sevincdən özümüzə sığmamışdıq! O Gəliş mənim Özüylədöyüşümın 60-cı (Bir Yaşamın İlsırası 113 cü) yazılığına beləd üşüb 366-cı s.-yə, Ocaq-Tark Abe`si ilə:

“27. III. 37.

Saat 21-30:

“İnamın Gəlişi” – gəldi! Uluruh gətirdi, bir saat bundan öncə. Çoxlu qüsurları var 1-ci sayımızın. Bununla belə, o – Birinci say kimi uludur! İnamın Adı ilə qəzet! İnam Ata uyqarlığının, Mütləqə İnam uyqarlığının, Türk uyqarlığının qəzeti; rəhmətlik ulus fədaisi Oqtay Eldəgiz demiş, gündəçi!”

O gün Dünyaya, İnsana, Dövlətimizə şübhəmizin buzu sınmış, inamımız artmışdı. Axı “bugündən gələcək qərinələrə” ən uca diləklərimizi şəkilləndirəcək, xalqımıza çatdıracaqdıq sənin səhifələrində! Sənin səhifələrin İnam Atanın nəfəsi ilə mübarək olacaqdı.

İzninin gəlişini iki ay gözlədik özləmlə. Gəlişini “Yaranma sevinci” adlandırdıq.

Bu bir ildə nə yarandı?

 – İnam Atanın aylıq dövri doğma tribunası oldu;

 – Ocağın, “İnama Doğru”dan başlanmış ruhsal-mənəvi gələnəyi mətbuat vasitəsiylə qorunub saxlanıldı; qurum olaraq onun strukturu Ruhsal Başçı məqamının dönməz təsdiqi ilə bütövləşdi;

– Uluruh kimi ruhsal zəhmətkeş aşkarlandı; “qoçaqların”, “bilicilərin” kölgəsindən çıxıb, qəddini düzəltdi, ruhsallıq timsalı kimi özümlüyünü yaratdı;

– Nurayaz İnamsoy ondan ərkyana umulanı ləyaqətlə yerinə yetirdi – Əhməd Yəsəvilərin özgəçiliyi öymələrinə qarşı dayandı, istedadını Mütləqə İnamın bədii təcəssümünə yönəltdi, bununla da Özinamlı Xalqlıq ideyasının ilk ardıcıl şair öyücüsü oldu. Onun kiçik həcmli, böyük anlam tutumlu “Göy üzlü Bitiqlər”, “Dayə”, “Guşə”, “Yetim Əlifbam”, Ruhum mənim”, “Sənin səsin”, “İnam Evi eşidir”, “Göynurun üsyanı” və b.k. yazıları “İnamın Gəlişi”ndə dərc olunmaqla bənzərsiz bir abidə yaratdı öz yazarına;

– “İnamın Gəlişi” bu bir ildə Atakənddən baxanda Kaşğarda görünəsi İnam Evinin harayını çəkdi; xalqın ruhaniyyat ilsırasında vazkeçilməz bir səhifə yaratdı;

 – Bu bir ildə Ocağın Baba Əhmədli, Əlisahib Əroğul, Məhərrəm Şəmkirli, aralıqlarla Davud Səidoğlu, Özgün Atalı kimi aydınlar – Mütləqə İnamın yandaşı olan, ona mənəvi-insani dirçəliş yolu kimi baxan aydınlar “İnamın Gəlişi”nə yardımçı oldular;

– Qəzet yalnız Ocağın güzgüsü oldu – əlbəttə, öz çağının yerliyində (fonunda); bu güzgüdə Ocaq demək olar öz bütövlüyü ilə göründü – bütün toplantılarıyla, axtarışlarıyla, yaradıcılığıyla və yəqin ki, həm də çatışmazlıqlarıyla...

Qəzetin başlığının altında “Ədəbi-fəlsəfi, ruhsal” sözləri yazılıb – bunlar “İnamın Gəlişi” yazılarının yalnız üslublarına işarədir, çünki bu qəzet nə ədəbiyyat tribunasıdır, nə fəlsəfə. Qəzet, adının üstündəki Carın çarçısıdır: “İnsanlaşın – İnsanlaşdırın!”

“İnamın Gəlişi” əslində ruhsal-lirik-dramatik-faciəvi qəzetdir, başıalovlu carçıdır. Onun bir qom – bapbalaca qom yiyəsi (əsasən adı yuxarıda çəkilənlər və ardıcıl Evladlar: Sadiq, İnamyurd, Doğma, Nurtay, Göynur, Safruh, İnamçılardan Güvən, Kifayət-İnamruh Bacı) var gücüylə çalışır ki, o Car şüara çevrilməsin. Çünki çağ, cəmiyyət insaniliyə qarşı quduzcasına çalışır, ansambılla, orkestrlə ruhaniyyata qarşı amansız bir döyüş aparır; insanı yalnız bioloji varlıq kimi “süsləyir” və mənimsəyir. “İnamın Gəlişi” isə öz Ulu`sunun “İnsan ruhsal varlıqdır!” hökmünü başının üstündə Bayraq eləyir.Bu bir ildə o Bayrağı tük qədər də aşağı salmayıb.

Ona görə mübarəkdir, kutsaldır bu Bir İl – özünün 12 sayıyla!

... Biologiya “redaksiyamıza” ayaq açdığı anda “İnamın Gəlişi” öləcək...

Yaşa “İnamın Gəlişi”! Gəlişin mübarək İnamımız!

Atamız var olsun!

Safruh –

Ocağın Ruhsal Başçısı.

19 Çiçək (II ay) 38-il.

(Aprel 2016).

Atakənd. İnam Evi.        

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam