Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur"

Ilham_Aliyev_160113

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xeberinfo.com:   “Report” xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rosen Plevneliyev və baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib. İki ölkə arasında əlaqələrin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlət başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Siyasi sahədə münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Dövlət başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirib. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
İki ölkə arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan Prezident İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd edib.
Dövlət başçısı Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.
Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.
Enerji layihələrindən danışan bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bu layihənin təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirib.
Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam